beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Başqaları kimi olmamaq üçün mütləq oxuyun
Başqaları kimi olmamaq üçün mütləq oxuyun

Əgər digərlərindən fərqlənmək istəyirsinizsə, o zaman pafoslu vizit kartlarını, məkana uyğun olmayan geyimləri, uzun-uzadı nitqləri unudun.

Sizə fərqlənməyin 5 asan yolunu təqdim edirik:

Müşahidəyə "yox”, hərəkətə "hə”!
Düzgün geyim qaydaları haqqında mühazirə oxuyursunuz?! Ən zövqlü geyinən, ən diqqət çəkən obrazlardan nümunə gətirməyə ehtiyac yoxdur. Mühazirələr az yadda qalır. Mövzu imkan verirsə, mühazirə deməkdənsə özünüz həmin addımı atın.

Qeyri-adilik edin!
Bir dairə çəkin və dairənin daxilinə sizə lazım olanları yazın. Təəssüf, nəticədə çəkdiyiniz dairə başqalarından fərqlənməyəcək. Çünki hamı kimi siz də dairənin içinə ev, maşın, yaxşı iş və təhsil kimi arzularınızı yazmısınız. Bir dəfə də arzularınızın siyahısına məsələn, avto-stopla başqa şəhərə getmək istədiyinizi yazın. Məqsədiniz yaxşı nəticə əldə etmək yox, təcrübə qazanmaq olsun. Unutmayın, ən yaxşı nəticələr dəfələrlə edilmiş səhvlərdən sonra yaranır.

Dəlilikdən qorxmaq lazım deyil!
Elə indi, məqaləni oxuyandan sonra bir anlıq düşünün. Sonuncu dəfə nə vaxt qeyri-adi anlar yaşamısınız? Sizə nə zövq verib? Sonuncu dəfə nəyə ürəkdən sevinib, təəccüblənmisiniz? Ola bilər ki, heç nə yadınıza düşməsin. Ola da bilər ki, bu an lap çoxdan olub. Məhz həyatımızda olmayan dəliliklərə görə biz sürətlə qocalırıq.

Yaxşılıq edin, az danışın!
Hər gün kiçik də olsa, yaxşılıq edin. Az danışmaqdan isə narahat olmağa dəyməz. Nə qədər az danışırsınızsa, o qədər kənardakıların yadında qalırsınız.

Passivlik və qorxaqlığa qalib gəlin!
Təəssüf, bu gün səhv etməkdən qorxmayan insan nadir tapıntıdır. Araşdırmalar göstərir ki, insanların 89%-i səhv etməkdən qorxur, buna görə addım belə atmır, passivləşirlər. Unutmayaq, səhv etdikcə təcrübə qazanır, növbəti mərhələdə daha cəsarətli oluruq.


Tarix: 27.04.2015 / 11:05 Müəllif: Aziza Baxılıb: 368 Bölmə: Ümumi Psixologiya