beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nailiyyət əldə etməyin ən qısa yolu çalışmaqdır

uğur psixologiyası → Nailiyyət əldə etməyin ən qısa yolu çalışmaqdır
Öyrənmək üçün istəkli və qabiliyyətli olmaq müvəffəqiyyətə təsir edən ən əsas faktordur. Bəzən qabiliyyətli şagirdlər kifayət qədər çalışdıqları halda gözlədikləri nəticəni əldə edə bilmirlər. Bu vəziyyət dərs oxumaq üsullarını bilməməkdən irəli gəlir. Dərs oxuma və öyrənmənin ən başlıca şərti şübhəsiz ki, istəkli və qərarlı olmaqdır. Bunlar dərs oxuma və qavrama qabiliyyətimizi müsbət yöndə dəyişəcək. Bunun üçün şərtlərimizə uyğun dərs oxuma sistemi qurmalı və buna uyğun vərdiş qazanmalıyıq.

Hər insanın qavrama qabiliyyəti müxtəlif olduğundan, quracağınız sistemi özünüzə uyğun formalaşdırmalısınız. İnsan hansı limana gedəcəyini bilməsə, heç bir külək onun üçün əhəmiyyətli ola bilməz. Uğur əldə etmək üçün mütləq hədəfə ehtiyacımız var. Müvəffəqiyyət qazanmaq üçün hədəf seçilməlidir. Zamanın qənaətlə istifadə olunmasının əsas şərti dərs oxuma saatlarının nizamlı proqrama salınmasıdır. Məktəbdə keçən saatlar xaricində qalan saatlar ayrılmalıdır. Çalışma, əylənmə və istirahət vaxtlarını nizamlı bir proqrama sala bilməyən şagird vaxtının çoxunu dostları ilə gəzərək, əylənərək keçirməyə meyil edə bilər.

Dərs oxuma vaxtını müəyyənləşdirmək ən başlıca şərtlərdən biridir. Məsələn, hər gün saat 15-dən 18-ədək nizamlı şəkildə dərs oxuyan şagird nüvbəti gün həmin vaxt gələndə bunu xatırlayacaq. Hətta bu vərdiş halını alandan sonra günün həmin saatı gəlib çatan kimi, dərs oxuma vərdişi özünü biruzə verməyə başlayacaq.


Tarix: 05.12.2014 / 16:22 Müəllif: Aziza Baxılıb: 29 Bölmə: Ümumi Psixologiya