beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ekstravert, intravert yoxsa ambavyert?

İnsanlar psixoloji tipinə görə ekstravert və ya intravert ola bilir. Ekstravet tipə aid insanlar hər zaman irəli getməyə, uğur qazanmağa çalışırlar və bütün imkanlarından istifadə edərlər. İntravert tipinə aid olanlar isə özlərinə qapalı, ətrafdakıları özlərindən kənar tutan, artıq xərclərə imkan verməyən və öz güclərini qoruyan insanlardır. İndi sizə təqdim edəcəyimiz test vasitəsilə siz də hansı tipə aid olduğunuzu aydınlaşdıra biləcəksiniz.

Ekstravert tipinə aidsinizsə :
Siz eyni gündə iki filmə, konsertə, tamaşaya baxa bilərsiniz, gün ərzində 1neçə görüş təyin edib yalnız 1 və ya iksinə vaxt ayıra bilərsiniz.
Sizin dostlarınızın, tanışlarınızın sayı günbəgün artır.

Əgər evdə televizor və ya radio işləməsə, sizin əhvalınız olmur. Telefon sönülü olarsa, siz özünüzü tənha və həyatdan qopmuş hiss edərsiniz.
Siz simaları, hadisələri asan, fomulları və başqalarının fikirlərini isə çətin xatırlayırsınız.

Siz yeməyi və dost tanışların əhatəsində əylənməyi sevirsiniz. Tənhalıqdan və özünə qapanan insanlardan qaçırsınız. Siz həyat sevər insanlar kateqoriyasına aidsiniz.

Başqalarını əyləndirməyi, lətifə və ya gülməli hadisələr danışmağı sevirsiniz. Siz asan yola gedən insansınız.
İnsanların əhatəsində diqqət mərkəzində olmağı sevirsiniz.
Harada, nə vaxt və nə edəcəyinizi bilirsiniz.

Tanımadığınız insanlarla asan ünsiyyət qurur, yeni şəraitə çətinlik çəkmədən alışırsınız. Çətin vəziyyətlərdən isə asanlıqla çıxa bilirsiniz.
Vəziyyətdən asılı olaraq qarşılıqlı cavab verir və nəyin yaxşı olub olmamasını düşünüb, qiymətləndirməyi bacarırsınız.

Sizin hər zaman çoxlu planınız, tapşırığınız, problemləriniz və ideyalarınız olur, lakin siz onların bəzilərini reallaşdırırsınız.
Siz çox tez qərar verir və hər riski gözə ala bilirsiniz.

Öz səhhətindən daim şikayətlənən insanları anlamırsınız və üstəlik o insanlara acımırsınız da.
Ətrafdakı insanlarda necə təsürat yaratmanız hər zaman sizi maraqlandırır.

İntravert tipinə aidsiniz :
1. Ən əhəmiyyətsiz hadisə belə sizi vacib qərardan döndərə bilər.

2. Bəzən böyük bir görüş bütöv bir aya sizə bəs edir.

3. Xatirələr sizi tez-tez öz əsirinə çevirir.

4. Sizin dostlarınız çox azdı. İnsanlarla çətinliklə əlaqəyə girirsiniz.

5. İdeyanın detallarından çox məğzini yadda saxlaya bilirsiniz.

6. Siz izdihamı, yüksək musiqi səsini və səs-küylü əhatəni sevmirsiniz.

7. Siz azlıqla ünsiyyət saxlayıb geniş məlumat toplamağa üstünlük verirsiniz, nəinki, hər kəsdən məlumat almağı.

8. Sizin sahib olduqlarınız az olsa da, onlarla bütövlükdə vəhdət yaradırsınız.

9. Siz şəkil çəkdirməyi sevirsiniz.

10. Təklikdə yemək yeməyi xoşlayırsınız. Belə ki, siz özünüzü daha sərbəst hiss edirsiniz. Tanımadığınız əhatədən qaçırsınız.

11. Kollektivə, vəziyyətə, şəraitə çətinliklə alışırsınız.

12. Siz prinsipial insansınız və çox ciddi şəkildə öz prinsiplərinizə yanaşırsınız.

13. Siz öz sağlamlığınıza ciddi şəkildə yanaşır və sonradan xəstəliklə mübarizə aparmaqdansa, öncədən prafilaktik üsulla qarşısını almağa çalışırsınız.

14. Bəzi şeylərə adi baxmalı olduğunuzu sizə tez-tez deyirlər.

Cavabları hesablayaraq öz psixoloji tipinizi müəyyən edə bilərsiniz. Əgər cavablar bərabər olsa, o zaman siz ambavyert tipinə aidsiniz.


Tarix: 27.11.2014 / 12:51 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Ümumi Psixologiya