beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyanət....

Əvvəl o da vardı, mən də. Sonra iki oldunuz, mən az oldum

Üç olanda o, o biri və sən vardın, lap azaldım mən

Siz dörd olanda, mən yox idim artıq. Ümidimə sığındım.

Biz beşincini görəndə… ümidim “bəsdir!”, dedi!

Əlvida dedi və getdi !

Tək qaldım sonra nifrətim gəldi!

Onunla saymağa başladım. Əvvəl pıçıltı ilə ürəyimdə sayırdım

Hər dəfə gözlərim dolurdu, qəhərlənirdim...

İndi edama məhkum olunanı cəllada təhvil verən icraçı məmur kimi sayırdım...

Beş! Altı! Yeddi!...

Başım saylara elə qarışdı ki, sayı da, səni də itirdim...

Artıq saymıram xəyanətlərini!

Nifrətim də gedib!...Təkəm deyəsən...

Aynada tənhalığın, xəyanətin rəsminə baxım dedim, özümə yəni...

Özüməmi?....Nə yaxşı yadıma düşdüm! Özümə ehtiyacım var! “Sənə məndən danışmaq istəyirəm” dedim...

— Dostlara danışsan...

— Danışa bilmərəm!

— Niyə?

— Məni başqa cür tanıyırlar, təəccüblənəcəklər...

— Qohumlara desən...

— Təəssüflənəcəklər...

— Yadlar!

— Bəlkə də sevinəcəklər...Nollar dinlə məni, sənə ehtiyacım var ...

— Gedək, getmək üçün bir uçaq, bir qatar gözlənilməz bəzən...
Getmək üçün özündən al biletini.


Özümdən özümə bilet alıb… Özümlə əl-ələ tutub getdim səndən...
Bir, iki, üç, dörd… Saymıram! Çünki xəyanətin boydadır aramızda məsafə artıq!


Tarix: 27.11.2014 / 12:47 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Ümumi Psixologiya