beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Birinci ingilis-əfqan müharibəsi (1838-1842)

Birinci müharibə ingilislərin Qəndəhar və Qəznəni tutmaq, və Kabil tərəfə çıxmaq məqsədi ilə, Bolan keçidindən istifadə edən 30 minlik ordusunun Cənub - Qərbi Əfqanıstana soxulması ilə başladı. Əfqan qüvvələrinin bir qismini Pişəvərdan yayındırmaq üçün, Heybər keçidinə yardımçı zərbə endirilmişdi. Əfqan ordusu ingilislərdən saylarına (15 min) və silahlanmalarına görə xeyli geridə qalırdılar. 1839-cu ildə ingilislər Qəndəharı, Qəznəni və Kabili tutdular. Buna cavab olaraq ölkədə partizan müharibəsi başladı. 1841-ci ilin noyabrında Kabildə üsyan qalxdı. İngilislərin marionetkası Şüca şah öldürüldü, işğalçı ordu isə Kabildən qaçdı. 1842-ci ildə İngiltərənin Əfqanıstana cəza ekspedisiyası uğursuz oldu. 1842-ci ilin sonunda ingilislər öz məğlubiyətləri ilə barışmalı və əfqan ərazisini tərk etməli oldular.


Tarix: 18.02.2015 / 18:44 Müəllif: Feriska Baxılıb: 66 Bölmə: Ölkələrinə görə tarix