beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sedan döyüşü

Sedan — Fransanın şimal-şərqindəki Ardenn departamentində, Möz (Maas)çayı qırağında şəhər. XIX-cu əsrin sonlarına qədər qala. Burada 1870-ci il sentyabrın 1-2-də, fransız Şalon ordusunun məğlubiyəti və Fransa imperatoru III Napoleonun əsir düşməsi ilə nəticələnən, Fransa-Prussiya müharibəsinin ən iri vuruşması baş verdi.
Döyüşün gedişi
Avqustun 23-də marşal M.E. Mak-Maqonun komandanlığı altında Şalon ordusu(120 min adam, 393 top, 76 mitralyez), Mez qalasında pruslar tərəfindən mühasiyərə alınmış A. Bazenin Reyn ordusunun mühasirəsini qaldırmaq üçün, cəmləşdiyi Reyms şəhəri rayonundan çıxdı. Mak-Maqon, Şalona və Paris üzərinə hərəkət edən(ümumi sayları 224 min adam və 813 top olan) 3-cü və 4 -cü alman ordularından Sedanı keçməklə yan ötmək istəyirdi. Mak-Maqonun ordusunun yola çıxdığından xəbər tutaraq, alman qoşunlarının faktiki komandanı, baş qərargah rəisi X.Moltke(formal olaraq qoşunlara prus kralı I Vilhelm başçılıq edirdi)onları, rəqibin ordularının birləşməsini qarşılamaq, Şalon ordusunu Belçika sərhədinə sıxmaq və darmadağın etmək üçün Verden, Bar-le-Dük xəttindən Sedana çevirdi.

Fransızların məğlubiyəti
29 - 30 avqustda Şalon ordusu Möz çayını keçdi və 31 avqustun axşamına kimi, Mezyerdən keçərək Reymsə yürüşü davam etmək üçün Sedan yanında iki günlük dincəlməyə dayandılar. Moltke Mak-Maqonun hərəkətsizliyindən yararlandı, və alman orduları sentyabrın 1-nə keçən gecə cinahların yanından keçmə manevri ilə Şalon ordusunu mühasirəyə aldılar. Səhər başlayan döyüş gün bitənə kimi fransızların tam məğlubiyəti ilə bitdi. Fransız qoşunlarının qalıqları mühasirədən çıxmaq cəhdi etsələr də alınmadı(121 eskadrondan ancaq 20 çıxa bildi). 2 sentyabrda Şalon ordusu təslim oldu. Franszıların Sedan yanında 17 min ölü və yaralı, 103 min əsir itki verdilər. Almanlar 9 min adam itirdilər. Şalon ordusunun təslim olması Fransada ikinci imperiyanın süqutunu tezləşdirdi. 4 sentyabrda Parisdə üsyan başladı, ölkədə respublika elan olundu.


Tarix: 16.02.2015 / 14:57 Müəllif: Feriska Baxılıb: 150 Bölmə: Ölkələrinə görə tarix