beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yakov Sinyov

Yakov Mixayloviç Sinyov (d. 1912, Rusiya – ö. 17 aprel, 1943) — Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra).
Həyatı
Yakov Sinyov 1912-ci ildə Rusiyanın Tambov vilayəti İnjavino rayonunun Kruqlik kəndində anadan olub. Milliyətcə rusdur. 1941-ci ildə Abşeron Rayon Hərbi Komissarlığından orduya çağırılmışdır. Qvardiya sıravi əsgəri, 51-ci ordunun 9-cu qvardiya atıcı briqadasının avtomatçısı olmuşdur. Krım, Krasnodar döyüşlərində fərqlənmişdir.

25 oktyabr 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür (ölümündən sonra). "Lenin" ordeni və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.

17 aprel 1943-cü ildə həlak olmuşdur. Rusiyanın Krasnodar diyarının Krımskaya rayonundakı Qardaşlıq qəbiristalığında dəfn olunmuşdur. Adına Sumqayıt şəhərində küçə var.


Tarix: 16.02.2015 / 18:44 Müəllif: Feriska Baxılıb: 109 Bölmə: Ölkələrinə görə tarix