beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əfqanıstan müharibəsində həlak olan azərbaycanlılar

Əfqanıstan müharibəsində həlak olan azərbaycanlılar —

Rəsmi məlumata görə, sovet işğalına qarşı mübarizədə partizanlar və dinc sakinlər də daxil olmaqla milyon yarım əfqan həlak olub. Sovet ordusu isə 15 min itki verib. Azərbaycan Respublikası Əfqanıstan Veteranları İttifaqının sədr müavini Nizami Məmmədovun verdiyi məlumata görə, Əfqanıstan müharibəsinin gedişində 10 mindən çox azərbaycanlı iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər.

On illik Əfqanıstan müharibəsində 7500 azərbaycanlı da iştirak edib. Onların 208-i müharibədə həlak olub. 7 nəfər isə itkin düşüb. Bu gün Azərbaycanda cəmi 5 minə yaxın Əfqanıstan müharibəsi veteranı sağ qalıb. Əfqanıstandan qayıdandan sonra onların bir çoxu Qarabağda gedən döyüşlərdə həlak olub və ya sonradan vəfat ediblər. Əfqanıstan müharibəsi veteranlarından 17 nəfəri sonradan Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Milli Qəhrəman adına layiq görülüb.

“Ömrün qönçə çağında” kitabı 1979-1989-cu illər Əfqanıstan müharıbəsində həlak olmuş azərbaycanlı hərbçilər haqqında oçerklərdən və bu müharibəyə həsr edilmiş araşdırma materialından ibarətdir.
Məmmədov Məhəmməd Qamboy oğlu Əfqanısatan döyüşlərində 1979-cu ildə tank qoşunlarının tərkibində başlamışdı. Döyüş yolu Qəndahar,Kərraci,Kabul və ən qaynar döyüş gedən ərazilərdən keçmişdi.Döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə ölümündən sonra Qızıl Ulduz oredni ilə təltif olunmüşdü.Qəhrəmanın adı onun doğma kəndi Qarağacı kənd orta məktəbinə verilərək əbədiləşdirilmişdi.

İtkin düşənlərin siyahısı
Butayev Tofiq Gidaşi oğlu. 1980-ci ildə Bakının Lenin rayonu (indiki Sabunçu) hərbi xidmətə çağırılıb. Sıravi.
Qədirov Qədir Vəfadar oğlu. 1980-ci ildə Sumqayıt şəhərindən hərbi xidmətə çağırılıb. Sıravi.
Heydərov Feyzulla Firudin oğlu. 1984-cü ildə Bərdə rayonundan hərbi xidmətə çağırılıb. Serjant.
Hüseynov Əlihüseyn Ağahüseyn oğlu. 1980-ci ildə Dəvəçi rayonundan hərbi xidmətə çağırılıb. Sejant.
Yevtuxanoviç Oleq Aleksandroviç. 1980-ci ildə hərbi xidmətə çağırılıb. Leytenant.
Şərəfov Elxan Əhməd oğlu. 1980-ci il Sumqayıtdan hərbi xidmətə çağırılıb. Sıravi


Tarix: 18.02.2015 / 18:03 Müəllif: Feriska Baxılıb: 125 Bölmə: Ölkələrinə görə tarix