beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salamin döyüşü

Salamin dəniz döyüşü e.ə 500-449-cu illər Yunan-İran müharibəsi əsnasında, e.ə 27 sentyabr 480-ci ildə Eqey dənizindəki Salamin adası yaxınlığında yunan(350-380 gəmi, komandan Evribid) və pers(1000 yaxın gəmi, komandan Kserks) donanmaları arasında baş verib. Afinalı strateq Femistoklun fəndinə görə yunan donanması iki cərgəyə düzüldü. Kserks gəmiləri 3 cərgəyə düzdü, bu isə onların manevr imkanını dar sahədə xeyli məhdudlaşdırdı. Döyüş əməliyatını yunanlar başladı. Onların gəmiləri daha çevik və yüngül idi. Qəti hucuma dözməyən perslər geri çəkilməyə başladı; sıralarının sıxlığına görə hərəkət azadlığından məhrum oldular və yunanların gəmilərinin qoçlarının zərbələrindən və bir biriləri ilə toğğuşmaları səbəbindən xeyli itki verdilər. Nəticədə perslər məğlub oldular. Onlar 200 gəmi itirdilər, yunanlar -40. Salamin döyüşündəki qələbə Yunan-İran müharibəsinin gedişini yunanların xeyrinə dəyişdi.


Tarix: 18.02.2015 / 18:14 Müəllif: Feriska Baxılıb: 68 Bölmə: Ölkələrinə görə tarix