beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kontestado müharibəsi

Kontestado müharibəsi (port. Guerra do Contestado). Braziliyanın cənubunda Kontestado vilayyətində kəndli üsyanı 1912-1916 cı illəri əhatə etmişdir.Bu ərazi Parana və Santa-Katarina ştatları arasında mübahisə predmeti idi.
Üsyanın səbəbi ikili sıxlşdırılma idi.Bir tərəfdən böyük latfundiyalar və digər tərəfdən xariçi ölkərərin əraziyə yatırımları böyük rol oynayırdı.Kəndli üsyanlarını iki fazaya bölmək olar ki, 1902-1911 ci illərdə partizan müharibəsi xüsusiyyəti daşıyırdısa ,artıq 1912-1916 illərdə daha qanlı müharibə xarakteri alırdı.Kəndli üsyanına 1910-cu ildəki Portuqaliya inqilabı öz təsirini göstərmişdi.Müharibənin gedişində 20.000 insan həlak olur.Bu münaqişə Kanudus müharibəsindən sonra Braziliyada ən qanlı vətəndaş muharibəsi hesab edilir.
Münaqişənin xarakteri
Bu münaqişə Kanudus üsyanına bir çox parametrlərinə görə bənzəyir.Bu ərazidə 1895-ci ildə Juan Mariya adlı birisi özünü müqqəddəs elan edərək ,onun ölümündən sonra yenidən diriləcəyini dildirirdi.Dirildikdən sonra isə artıq hec bir vəba ,aclıq və müharibələrin olmayacağını bildirir.O 1900-cu ildə ölür .Bir müddət sonra isə Joze Mariya adlı kilsə xadimi özünü Juanın qardaşı elan edərək sadə kəndliləri silahlı mübarizəyə cağırır.Bu ərazidə kəndlilərin üsyan dalğaları hələ 1902-ci ildən başlayır.Bölgə iqtisadiyyatı hələ Portuqaliya dönəmindən iri torpaq sahibləri olan Latfundiyaliların əlində cəmləşmişdi.

Münaqişənin yaranması
Bölgə ərazisinin böyük hissəsi məskunlaşmamış olaraq qalırdı.Buna görədə bölgəyə çoxlu sayda braziliyalılar və immiqrantlar gəlırdilər.İlk toqquşmalar gəlmələr və yerli kəndlilər arasında baş verir.Ərazinin üstəlik hüquqi cəhətdən hansı ştata mənsub olması və San-Paulo və Rio de Janeyro arasında dəmir yolu çəkilməsi vəziyyəti daha da ağırlaşdırırdı.Dəmir yolunun çəkili zamanı əsasən Avropadan olan immiqrantlar iştirak edirdilər.
Burada ilk partizan dəstələri gözlənilməz hücumla həm gəlmələri ,həm də işçiləri qorxudurdular.1910-cu ildə Argentina ilə sərhəddə toqquşmalar səbəbindən yolun tikintisini daha da gücləndirilir.Burada işləyən immiqrantların sayı 8.000-ə catır.Geniş miqyasda meşələr qırılır.Latfundiyalılar isə dəmir yolu tikintisinə görə öz torpaqlarını dövlətə satırlar.Üstəlik ucuz işçi qüvvəsi olan immiqrantların latfundiyalıların torpaqlarında işləməsi daha sərfəli idi.Bu səbəbdən kəndlilər torpaqsızlaşır və narazıların sayı artırdı.

Müharibənin gedişatı
İlk toqquşmalar 1912-ci ildə başlayır.Üsyançılar əsas düşərgəsi Takapusu idi.28 oktyabrda üsyançılar hökumət qüvvələrini məğlub edirlər.Joze Mariya bu döyüşdə həlak edir.Onun tərəfdarları Jozenin ölümünü qəbul etirdilər və mübarizəni davam etdirirdilər.Artileriyadan istifadəyə baxmayaraq üsyançılar mübarizəni davam etdirirdilər.1914 -ci il 1-ci dünya müharibəsi başlayırki buda Braziliyanın üsyancılara daha çox əhəmiyyət verə bilmir.1915-ci ildən hökumət bölgələ daha güclü güvvə göndərir.Əraziyə 6.000-lik ordu ,agır artılerıya ,səhra telefonları,teleqraf və Braziliya tarifində ilk dəfə hərbi aviasiya cəlb olunur.Üsyanın yatırılması çox ləng və çətin gedirdi.Səbəb isə hərbiçilərə az maaş verilməsi və əsgərlərin alcaldılması ordunun usyançılara olan marağı artırırdı.Ancaq üsyançıların mühəşəkkil olmaması sonda onlarım məğlubiyyəti ilə nəticələnir.1914-ci ildə üsyançıların əsas düşərgəsi takapusu ələ keçirilir.15 may 1915 ildə qücləndirilmiş Santa-Marina düşərgəsi ələ keçməsi ilə nəticələnir.1916-cı ilin avqust ayında baş vermiş döyüşdə üsyançılar tam məğlub edilir.1917-ci ilin iyun ayında Jezus de Nazari üsyana cəhd etsədə bir nəticə vermir.

Nəticə
1913-ci ildə ölkənin simalında buna bənzər bir üsyan baş verir ki,hökümət onun yatırılmasına bir il sərf etdi.Bu ölkə ordusun zəyifliyini göstərirdi.


Tarix: 17.02.2015 / 17:31 Müəllif: Feriska Baxılıb: 208 Bölmə: Ölkələrinə görə tarix