beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Georgi Svetaçov

Georgi Georgiyeviç Svetaçov (d. 25 noyabr, 1922, Rusiya – ö. 22 noyabr, 1943, Ukrayna) — Sovet İttifaqı Qəhrəmanı (15 yanvar 1944)
Həyatı
Georgi Svetaçov 25 noyabr 1922-ci ildə Rusiyanın Voronej vilayətinin Kalaçev rayonunun Blaqoveşşensk xutorunda rus ailəsində anadan olub. 1941-ci ildə Bakı şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Leytenant 1942-ci ildə Oryol tank məktəbini bitirmişdir. 65-ci ordunun 1-ci tağım korpusunun 95-ci tank briqadasının taqım komandiri olmuşdur. Belarusiyanın Qomel vilayətinin Loyev yaşayış məntəqəsinin alınmasında fərqlənmişdir.

22 noyabr 1943-cü ildə Ukraynada aldığı yaralardan vəfat etmişdir. Ukrayna Respublikasının Çerniqov vilayətinin Qorodnya şəhərində dəfn edilmişdir.

15 yanvar 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" ordeni ilə təltif edilmişdir.


Tarix: 16.02.2015 / 18:43 Müəllif: Feriska Baxılıb: 118 Bölmə: Ölkələrinə görə tarix