beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürhanəddin Rəbbani

Bürhanəddin Rəbbani — Əfqanıstan prezidenti (1992-2001)

Bürhanəddin Rəbbani 20 sentyabr 2011-ci ildə öldürülmüşdür.

Həyatı
Əfqanıstanın sabiq prezidenti, tacik əsilli Bürhanəddin Rəbbanı 1940-cı ildə Əfqanıstanın şimal-şərqindəki Faizabad şəhərində anadan olub .

1963-cü ildən Kabil Universitetində İslam Hüququndan dərs deyib. Daha sonra 1968-ci ildə Misirin Əzhər universitetində islam fəlsəfəsi ixtisası üzrə təhsil alıb.

1973-cü ildə şahzadə Davudun devrilməsindən sonra Pakistanın Pişavər şəhərinə köçüb.

1979-1989-cu illərdə Əfqanıstanda rus ordusuna qarşı aparılan döyüşlərdə iştirak edən Rəbbani Əfqan mücahidlərinə başçılıq edib. Tabeçiliyində 20 minə yaxın döyüşçü vardı.

1992-ci ildə Əfqanıstana qayıdaraq, iyunun 28-də Əfqanıstan İslam Dövlətinin müvəqqəti prezidenti olub.

22 dekabr 2001-ci ildə Rabbani rəsmən prezidentlikdən istefa edib.

Əfqanıstanda “Taliban”la müzakirələrə rəhbərlik edən Ali Sülh Şurasının başçısı Rəbbani paytaxt Kabildəki evində 20 sentyabr 2011-ci ildə terror aktı nəticəsində qətlə yetirilib.


Tarix: 18.02.2015 / 18:02 Müəllif: Feriska Baxılıb: 100 Bölmə: Ölkələrinə görə tarix