beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İraq Şam İslam Dövləti

İraq Şam İslam Dövləti, qısa: İŞİD (özünüadlandırma: İslam Dövləti; ) — İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşma, 3 yanvar 2014-cü il tarixində müstəqilliyini, 29 iyun 2014-cü il tarixində isə yeni xilafət yarandığını elan etmiş tanınmamış dövlət.
Tarixi
İraq müharibəsinin başlamasından qısa bir müddət sonra «Camaat əl-Tövhid vəl-Cihad» adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək «Tanzim Kaidat el-Cihad fi Bilad el-Rafidayn» (daha çox «İraq Əl-Qaidəsi» adı ilə tanınır) adını götürdü.

İraq İslam Dövləti
2006-cı ilin yanvar ayında «Ceyş ət-Taifa Əl-Mənsur», «Ceyş Əhli-Sünnə vəl-Camaa», «Ceyş əl-fatihin», «Cund əs-Səhabə» kimi kiçik qruplarla birləşən qruplaşma «Mücahidun Şura Konseyi» adını aldı.

İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan «İraq İslam Dövləti» adlı dövlət elan etdi. Bu tarixdən etibarən «Mücahidun Şura Konseyi» adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar «İraq İslam Dövləti» adıyla keçirilməyə başladı.

İraq İslam Dövlətində döyüşçü sayı
2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi.

Suriyada
Suriya vətəndaş müharibəsinin başlamasından bir müddət sonra, 2012-ci önlərindən etibarən Suriyada Əl-Nusra Cəbhəsi («İraq İslam Dövləti»nin Suriya qanadı) adıyla fəaliyyət göstərən qruplaşma üzvləri şimali Suriyada nüfuzlu silahlı qruplaşmaya çevrildi.

2013
2013-cü ilin aprel ayında İŞİD əmiri Əbu Bəkr əl-Bağdadi yayımladığı səs yazısında Əl-Nusra Cəbhəsinin İŞİD tərəfindən yaradıldığı, maliyyələşdirildiyi və dəstəkləndiyi açıqlamasını verdi. Və bu tarixdən etibarən hər iki qruplaşmanın «İraq və Şam İslam Dövləti» adı altında fəaliyyət göstərəcəyini bildirdi.

Bundan sonra Əl-Nusra Cəbhəsi lideri Əbu Muhamməd əl-Cövlani belə bir birlməşmənin olmadığını və bu mövzu haqqında özləriylə heç bir danışığın aparılmadığını açıqlamasını verdi.

2013-cü ilin İyun ayında isə yazılı açıqlamayla hər iki liderə müraciət edən Əl-Qaidə lideri Ayman əl-Zəvahiri birləşmənin əleyhinə olduğunu və iki qrup arasındakı vəziyyəti aydınlaşdırmaq üçün elçi təyin etdiyini bildirdi. Eyni ayda səs yazısı yayımlayan İraq və Şam İslam Dövləti lideri Əbu Bəkr əl-Bağdadi bu əmrə tabe olmadığını və birləşmənin reallaşacağını açıqlamasını verdi.

21 iyul 2013-cü il tarixində İŞİD-in güclənməsi üçün önəmli hadisələrdən biri olan Bağdad Mərkəzi Həbsxanasına (keçmiş adıyla «Əbu Qureyb həbsxanası») hücum baş tutdu. Hücumu İŞİD öz üzərinə götürdü və bu əməliyyatın 1 il öncədən «Divarları dağıtmaq» kod adı altında Əbu Bəkr əl-Bağdadi tərəfindən hazırlandığı açıqlaması verildi. Rəsmi hesabatlara görə hücum nəticəsində içlərində İŞİD-in nüfuzlu şəxsləri də olan 500-dən çox məhbus qaçıb.

Noyabr 2013-cü il tarixində Suriya İnsan Haqları Təşkilatı "İŞİD Şimali Suriyada 100% ən güclü qruplaşmadır. Bu haqda başqa şey deyənlər yalan danışırlar." açıqlamasını verdi.

2014
Yanvar 2014
Yanvar 2014-cü ildə Anbardakı qarşıdurmalarda təşkilat Fəllucə və Ramadinin bir qisimini nəzarəti altına aldı. 3 yanvar 2014-cü ildə İŞİD Fəllucədə islam dövlətini elan etdi.

Hələbdə isə İslami Cəbhə və Azad Suriya Ordusu İŞİD-ə qarşı birlikdə bir hücum başlatdı.

25 yanvar 2014-cü ildə İŞİD Livanda Hizbullaha qarşı döyüşmək üzrə yeni bir milis qanad qurulduğunu açıqladı.

29 yanvar 2014-cü ildə Türkiyə Ordusunun Suriya sərhədinə yaxın bir yerdəki İŞİD karvanını vurduğu açıqlandı.

Fevral 2014
18 fevral 2014-cü ildə İraq Süleymanbekdə polis mərkəzinə təşkil edilən İŞİD hücumunda 3 nəfər ölmüş 11 adam yaralanmışdır.

Mart 2014
1 mart 2014-cü ildə İŞİD hakim olduğu Türkiyə sərhədindəki Azaz qəsəbəsini Azad Suriya Ordusu ilə baş verən aramsız qarşıdurmalar nəticəsində tərk etdi.

17 mart 2014-cü ildə Hələbə Sarin qəsəbəsində YPG ilə baş tutan qarşıdurmalar nəticəsində bölgəni nəzarət altına aldı. Süleyman Şah türbəsi bu bölgədə yerləşir. Bölgə Türkiyə torpağı sayılır və İŞİD, bir video çəkərək, Türkiyə Ordusuna bölgədən çəkilməsi üçün 3 gün müddət verdi.

20 mart 2014-cü ildə Niğdənin Uluqışla mahalında, təhlükəsizlik güclərinə atəş açılması nəticəsində ilk təyin etmələrə əsasən 2 əsgər və 1 polisin öldüyü bildirildi. Hücumu edənlərin İŞİD üzvü olduğu bildirildi. Təcavüzkarlar tutuldu.

Aprel 2014
27 aprel 2014-cü ildə İraq ordusuna aid vertolyotlar Suriya sərhədləri içindəki 8 avtomobilli bir İŞİD karvanına hücum etdi. Bu İraq ordusunun Körfəz müharibəsindən sonrakı ilk xarici əməliyyatı oldu.

İyun 2014
10 iyun 2014-cü ildə İŞİD İraqın ikinci ən böyük şəhəri Mosulda və Mosulun paytaxtı olduğu Ninəvə mühafazasında nəzarəti tamamilə ələ keçirtdi.

11 iyun 2014-cü ildə İŞİD Türkiyənin Mosul Baş konsulluğunu ələ keçirdi. Baş konsul ilə birlikdə 49 adamın ələ keçirildiyi bildirildi.

Mosulda İŞİD'in baş konsulluq və elektrik stansiyası basqınlarında cəmi 80 Türk vətəndaşı girov alındı. Türkiyə BMT və NATO nəzdində xilasetmə cəhdlərinə başlayarkən Təhlükəsizlik Zirvəsi Çankaya Köşkündə toplandı.

11 iyun 2014-cü ildə Mosul valisi, İŞİD'in Mosuldakı İraq Mərkəzi Bankının Mosul şöbəsinin ələ keçirildiyini söylədi. İŞİD tvitter hesabından İraq Mərkəzi Bankı şöbəsindəki pul və qızıla əl qoyduğunu təsdiqləyir. Ələ keçirilən məbləğin 429 milyon dollar civarında olduğu söylənilir. Bu İŞİD-in artıq beynəlxalq ictimaiyyət tərəfindən qeyri-qanuni qəbul edilən təşkilatların hamısından daha çox pula hökm etdiyi mənasına gəlir.

15 iyun 2014-cü ildə Tikrit şəhərini ələ keçirən İŞİD, ələ keçirilən 2700 polis məmurundan 1500-ünü öldürdü.

29 iyun 2014-cü ildə yeni Xilafət elan edən İŞİD, bu tarixdən etibarən İslam Dövləti adlanacağını xəlifənin isə Əbu Bəkr əl-Bağdadi olduğunu bildirdi.

Sentyabr 2014
16 sentyabr 2014-cü il tarixindən etibarən İŞİD Suriyanın YPG nəzarətində olan Eyn əl-Ərəb (Kobani) şəhərini mühasirəyə almış və oraya hücumlar təşkil etməkdədir.

Oktyabr 2014
15 oktyabr 2014-cü ildə İŞİD Bağdad yaxınlığındakı Kubaisanı ələ keçirmiş, əl-Anbar və Fəllucanı mühasirəyə almışdır.

Önəmli üzvləri
Əmirləri
Əbu Musab əl-Zərkavi
(2006-cı ildə öldürülüb)
Əbu Əyyub əl-Məsri
(2010-cu ildə öldürülüb)
Əbu Ömər əl-Qureyşi əl-Bağdadi
(2010-cu ildə öldürülüb)
Əbu Bəkr əl-Bağdadi
(2010-cu ildən bugünəcən hal-hazırkı əmiri)
Digər üzvləri
Əbu Ənas əl-Şami
(2004-cı ildə öldürülüb)
Əbu Əzzam
(2005-ci ildə öldürülüb)
Əbu Ömər əl-Kürdi
(2005-ci ildə həbs edilib)
Abdul Hadi əl-İraqi
(2006-cı ildə həbs edilib)
Əbu Yaqub əl-Masri
(2007-ci ildə öldürülüb)
Əbu Ömər əl-Şişani
Hətəm əl-Bədri
(2007-ci ildə öldürülüb)
Həmid Cuma Faris Couri əl-Səidi
(2006-cı ildə həbs edilib)
Xalid əl-Məşədani
(2007-ci ildə həbs edilib)
Mahid əl-Zubaydi
(2008-ci ildə öldürülüb)
Muhaməd Mamou
(2008-ci ildə öldürülüb)
Şeyx Abdülrəhman
(2006-cı ildə öldürülüb)
Hutayfa əl-Bətavi
(2011-ci ildə öldürülüb)
İŞİD-də Azərbaycandan olan döyüşçülər
Suriyada Vətəndaş müharibəsi başlayandan sonra əsasən Sumqayıt, Zaqatala, Balakən, Qusar, Xaçmaz, Qaxdan olan xeyli sayda Azərbaycan vətəndaşı bu ölkəyə döyüşmək üçün getdi. Azərbaycanlılar Suriyada müxtəlif qruplaşmalarda vuruşsalarda say etibariylə əsasən İŞİD bayrağı altında vuruşmağa üstünlük verirlər. İŞİD bayrağı altında vuruşan azərbaycanlıların sayının 300 civarında olduğu təxmin edilir.

Komandirləri
Musab əl-Azəri


Tarix: 18.02.2015 / 18:08 Müəllif: Feriska Baxılıb: 214 Bölmə: Ölkələrinə görə tarix