beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölkələrinə görə tarixLa Violensiya müharibəsi

La Violensiya (isp. La Violensiya) — Bu hərbi toqquşma 1948-1958 ci illərdə Kolumbiyada baş vermiş vətəndaş müharibəsidir.Münaqişə tərəfləri Konservativlər və Kolumbiya Liberal Partiyası olmuşdur.
Müharibənin başlaması haqqında müxtəlif fikirlər var.Bəzi tarixçilər münaqişənin 1946-ci ildə Kolumbiya Konservativ Partiyasıın hakimiyyətə gəlməsi ilə başladığını deyirlər.Bəziləri isə münaqişənin tarixini Xorxe Qaytanın öldürülməsindən sonra başladığını hesab edirlər.

Münaqişənin tarixi[redaktə]
9 aprel 1948 -ci ildə Liberallar partiyasının üzvü Xorxe Qaytan öldürülür.O ölkə əhalisinin kasıb təbəqəsi arasında öz xoş niyyətli fikirlərinə görə seçilirdi.Onun ölümü Boqotada toqquşmalara gətirib cıxarır.2000 nəfərin həyatına son qoyulur.Bu hadisələrdən sonra digər regionlarda da üsyanlar baş qaldırır.Liberallar və Kommunistlər partiyası tərəfdarları partizan müharibəsinə başlayır.Onlar hag hökümət qüvvələrinə Ardı »

Ölkələrinə görə tarixXanlar ağa Sarıcalı-Cavanşir

Xanlar ağa Ibrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir-(1775-1831), polkovnik, sərkərdə



Həyatı[redaktə]
Ibrahimxəlil xanın bеşinci oğlu Xanlar ağa 1775-ci ildə Şuşa şəhərində anadan olmuşdu. (Anası Bikə ağa Məhəmməd Nutsal xan Avarın qızı idi). Saray təhsili almışdı. Qarabağ xanlığının siyasi yaşamında sərkərdə kimi önəmli rol oynamışdı. Kürəkçay traktatının nəticələrinə görə polkovnik rütbəsi almışdı. Xanlar ağa atasının hakimiyyəti dönəmində qoşun başçısı, sərkərdə idi. Əsasən Qaraçorlu mahalını, Hacısamlı nahiyəsini idarə еdirdi.Bir çox döyüşlərdə iştirak еtmişdi. Saray intiriqaları nəticəsində onu böyük qardaşı Məhəmmədhəsən ağaya qarşı istifadə еtmək istədilər. O, bu işə qol qoymadı. Xanlar ağa böyük mülkədar idi. Lənbəran, Daşbulaq, Kövük, Bazarkənd, Damğalı adlı kəndləri, Hacısamlı, Nəzirli, Cinli və Binələr Ardı »

Ölkələrinə görə tarixƏl-Nusra Cəbhəsi

Əl-Nusra Cəbhəsi və ya Cəbhət əl-Nusra (ərəb. جبهة النصرة لأهل الشام‎‎ Cəbhət ən-Nusra li-Əhl aş-Şām, "Şam əhlinə yardım cəbhəsi") — 2011-ci ilin sentyabrında yaradılmış Əl-Qaidənin Suriya qanadı.

Mahiyyəti[redaktə]
ABŞ və bir çox ölkə tərəfindən də terror dəstəsi siyahısına alınmışdır.Suriyadakı ən böyük üçüncü silahlı qrupdur. Aprel 2013-cü ildə Əl-Qaidəyə bağlılığını açıqladı. Qrupun ən az 5000 mücahid savaşçıdan meydana gəldiyi sanılır. Radikal İslamçı silahlı bir qrupdur. Bəşşar əl-Əsədi devirmək və bu yolla öz ideoloji məqsədlərini uyğulamaq və yaymaq istəyir.

Rusiya Xaricu İşlər naziri Sergey Lavrovun açıqlamalarına görə, Ən-Nusra döyüşçüləri Suriyanın şimalında 120-si uşaq olmaq üzrə 450 kürdü öldürüb. Ardı »

Ölkələrinə görə tarixBoliviya-Peru Konfederasiyasına qarşı müharibə

Boliviya-Peru Konfederasiyasına qarşı müharibə (isp. Guerra contra la Cofederación Peru-Boliviana).Bu münaqişə 1836-1839 cu illərdə Boliviya-Peru Konfederasiyası ilə Çili və Argentina arasında baş vermişdir.Münaqişənin özəlliyi onda idi ki,Çili və Argentina bu konfederasiya qarşı eyni vaxta müharibə aparsada dövlət başçıları Portales (Çili) və Rosas (Argentina) arasında barışmaz münasibət səbəbindən müştərək mübarizə aparmırdılar.
Münaqişədən əvvəlki vəziyyət[redaktə]
1836-cı ildə Andres de Santo Krus başçılığı ilə Boliviya-Peru Konfederasiyası yaradılır.Konfederasiya qonşu dövlətlərdə təşviş yaradır.Çili prezidenti Xose Xoakina Prietonun yaxın silahdaşı Dieqo Portales birliyin bölgədə balansı pozacağını və qələcəkdə hətta Çilinin ərazisinə təcavüz edə biləcəyini bildirirdi.Çili elə ilk günlərdən birliyə qarşı cıxır.Ölkələr arasında iqtisadi mübarizə başlayır.Belə ki Sakit okeanda ticarət Ardı »

Ölkələrinə görə tarixRus-yapon müharibəsi

Rus-yapon müharibəsi (yap. 日露戦争 niti ro-senso; 9 fevral 1904 — 5 sentyabr 1905) – Rusiya və Yaponiya arasında Koreya və Mancuriya üzərində nəzarət üstündə baş vermişdir.

XX əsrin əvvəllərində Rusiya və Avropa dövlətlərinin Uzaq Şərqdəki maraqları Meydzi inqilabından sonra sürətli inkişafa nail olan Yaponiyanın regiondakı maraqları ilə kəsişməyə başladı. Nəticədə ölkələr arasında rəqabət kəskin artdı. Bu müharibə uzaqmənzilli artilleriya, zirehli gəmi, minadaşıyan gəmi kimi yeni silahların ilk dəfə işlədilməsi ilə də tarixə düşmüşdür. Rus-yapon müharibəsi həm də bir Asiya dövlətinin müasir dövrdə ilk dəfə olaraq Avropa dövlətini məğlubiyyətə uğratması ilə əlamətdardır.

İmperator II Nikolayın hakimiyyətinin ilk yarısında onun bütün Rusiya siyasətində əsas yerlərdən Ardı »

Ölkələrinə görə tarixƏbu Ömər əl-Şişani

Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) — Suriya vətəndaş müharibəsinin iştirakçısı, keçmiş Ceyş əl-Mühacirin vəl-Ənsar qruplaşmasının komandiri, 2013-cü ilin yayından bəri İraq və Şam İslam Dövlətinin şimali Suriya əmiri.

Daha çox Əbu Ömər əl-Şişani və yaxud Ömər əl-Çeçen adları ilə tanınır. Milliyətcə kist, yəni çeçendir.
Həyatı[redaktə]
Tarxan Batiraşvili (gürc. თარხან ბათირაშვილი) 1986-cı ildə çeçenlərin subetnik qrupu sayılan kistlərin yaşadığı Gürcüstanın Pankisi dərəsində yerləşən Birkiani kəndində anadan olub. Atası xristian olsa da, özü müsəlmandır. Bu haqda atası Teymuraz Batiraşvili deyir:



"Üç oğlum var - üçü də islamçı olub. Mən isə xristianam, kilsəyə gedirəm. Nə mənim atam, nə də babam müsəlman olmayıblar."

Həmçinin atasının dediyinə görə, Tarxan Suriyaya getdikdən Ardı »

Ölkələrinə görə tarixMoldova (Rumıniyanın tarixi vilayəti)

Moldova (rum. Moldova) — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir. Ardı »

Ölkələrinə görə tarixKolumbiya-Peru müharibəsi (1932-1933)

2-ci Kolumbiya və Peru müharibəsi— 1932-1933 illərdə Peru və Kolumbiya arasında ərazi mübahisəsindən başlanan müharibə.
Müharibənin səbəbi[redaktə]
Müharibənin əsas səbəbi Peru və Kolumbiya arasındakı ərazi mübahisəsi idi.24 mart 1922 hər iki tərəf <> anlaşmasını imzalayır.Sazişə görə Letisia ərazisi (Letisia və Loreto çay limanları) Boyo-Amozonas hövzəsi Kolumbiyaya verilir.1932 -ci ildə Peru prezidenti polkovnik Luis Sances Serro anlaşmaya yenidən baxılmalı olduğu və Letisia limanının Peruya verilməli olduğunu bildirdi.

Qüvvələr[redaktə]
Peru quru qoşunlarında 5 diviziya,1kavalerlər briqadası,Milli qvardiya ,dənizdə 2 kreyser,5 çayda hərəkət edən kanoner və 60 təyyarəyə sahib idi.Kolumbiya 5 quruda hərəkət edən diviziya ,1kavalerlər briqadası,3dəniz və 6 çayda hərəkət edən kanoner qayığı,20 təyyarəsi var idi.

Hərbi əməliyyatlar[redaktə]
1 sentyabr Ardı »

Ölkələrinə görə tarixKolumbiya vətəndaş müharibəsi (1860-1862)

Kolumbiya vətəndaş müharibəsi 1860-1862.Vətəndaş müharibəsi 1860-1862 ci illərdə Kolumbiyada Liberallar və Kolumbiya Konservativ Partiyası arasında baş verir.Mərkəzləşdirmə və Federallaşma tərəfdarlarının müharizəsi kimi də qiymətləndirmək olar.Müharibənin nətincəsində Qranada Konfederasiyası ləğv edilərək Birləşmiş Kolumbiya Ştatları ilə əvəzlənir.
Müharibədən öncəki vəziyyət[redaktə]
Kolumbiya tarixi ərzində əsasən mərkəzləşdirmə tərəfdarları və yerli icra orqanlarının səlahiyyətlərinin artırılması tərəfdarları arasında daima mübarizə ilə zəngindir.1853-ci ildəki konstitsiya federallaşmaya imkan yaradırdı.Bunun sayəsində ölkə vilayyətləri birləşərək ştatlara çevrilir.Ştatlar müstəqilləşmə xətdi götürür.1858-ci ildə konstutsiya dəyişilir dövlət Qranada Konfederasiyaı adlandırılır.Bir müddətdən sonra prezident Ospina mərkəzləşdirmə xəttini götürür.Kongres 1859-cu ildə yeni qanun qəbul edilir:Prezidentə ştat rəhbərlərini dəyişmək və yenisini təyin etmək hüququ verirdi.Növbəti qanunda isə prezidentə ştatlarda Ardı »

Ölkələrinə görə tarixBoliviya İstiqlal müharibəsi

Boliviya İstiqlal müharibəsi Bu müharibə Boliviyanın yerli(hindu) və boliviyalılarla ispan koloniya rejiminə qarşı baş verir.Müharibə 1809-1825 ci illəri əhatə edir.Boliviyanın müstəqiliyi ilə nəticələnir(isp. Republica de Bolivia).Bu müharibə Amerikada İspan ağalığına qarşı istiqlal müharibələrini bir parcasıdır.Səbəbi[redaktə]
Müharibəyə səbəb Latın Amerikasının yerli əhalisinin İspaniyadan azad olma və quldarlığın ləğvi məsələsi idi.Üstəlik burjuaziya ispan krallığına əlavə vergi ödəmək istəmirdi.Bu ərəfədə Bolivar Latın Amerikasında uğurlu müharibələr apararaq yerli üsyançılara yardım edirdi.

Müharibənin gedişi[redaktə]
1809-cu illin 25 mayda Curkisako şəhərində üsyan baş verir.Şəhərdə hakimiyyət inqilabi xuntanın əlinə keçir və İspaniyadan ayrılaraq müstəqil olduqlarını bildirirlər.16 iyulda isə La Pasda üsyançılar hakimiyyəti ələ keçirilir və hərbi xunta yaradılır.Ona Murilo rəhbərlik edirdi.Həmçinin Ardı »

Ölkələrinə görə tarixAzad Suriya Ordusu

Azad Suriya Ordusu (ərəb. الجيش السوري الحر‎‎‎) - bəzi mənbələrə görə Suriyanın azadlığı uğrunda mübarizə aparan ordu. Hərbi birləşmə şəkilndə yaranan ordu 29 iyun, 2011-ci ildə yaradılmışdır. İlk dövrlər ordunun tərkibi min nəfərdən ibarət olmuşdur. 2011-ci il Suriya iğtişaşlarının şiddətlənməsi səbəbindən ASO qoşulanların sayı sürətlə artmışdır. Hal-hazırda ASO tərkibində döyüşən şəxslərin sayı 40.000 nəfərə çatmışdır. Ardı »

Ölkələrinə görə tarixQasım bəy Zakir - Yaradıcılığı

Zakirin satiraları əsas etibarı ilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. Zakirin satirasında ən amansız tənqid olunanlar gücsüzlərin və acizlərin hüquqlarını tapdalayanlardır. İfşaçılıq, kəskin tənqid və kinayəli gülüş Zakir satiralarının əsas xüsusiyyətlərindəndir. O, ictimai nöqsanları sadəcə təsvir etməklə kifayətlənmir, eyni zamanda onlara qarşı özünün kəskin tənqidi münasibətini, nifrət və qəzəbini də bildirir.

Zakirin yaradıcılığında onun mənzum hekayə və təmsilləri də mühüm yer tutur. Nizami, Xaqani, Füzuli və başqa Azərbaycan klassikləri öz mənzum hekayələrinin çoxunu müasir həyatın tələblərinə uyğun olaraq yazmışlar. Klassiklərin mənzum hekayələrində müəyyən hadisələrin, real insan surətlərinin, qabaqcıl ideyaların təsvir və tərənnümü verilir. Eyni xüsusiyyətlər Zakirin mənzum Ardı »

Ölkələrinə görə tarix6-cı tank qvardiya ordusu

6-cı tank qvardiya ordusu — SSRİ Ali Baş Komandanlığının 20 yanvar 1944-cü il № 302001 sərəncamına əsasən, 5-ci qvardiya tank və 5-ci mexanikləşdirilmiş korpus əsasında 25 yanvar 1944-cü ildə 1-ci Ukrayna cəbhəsinin tərkibində yaradılmış ordu.

Döyüşlərdə iştirakı[redaktə]
Korsun-Şevçenkov (24 yanvar-17 fevral 1944) hücum əməliyyatında iştirak etmişdir. 22 fevralda 2-ci Ukrayna cəbhəsinin tərkibinə verilmişdir və onun tərkibində mart-aprel aylarında Umman-Botoşan (5 mart-17 aprel) əməliyyatında iştirak etmişdir. Yassı-Kişinyov strateji əməliyyatda (20-29 avqust 1944) 6-ci tank ordusunun fəallığı əməliyyatda böyük rol oynadı. Əməliyyat günü 6-cı tank ordusunun hissə və birləşmələri irəli atılması uğurla Buxarest istiqamətində hücum yaratdılar. Bu hücumun nəticəsində Vasluy, Bırlad, Fokşanı, Rımnikul-Serat, Buzeu və Ardı »

Ölkələrinə görə tarixQələbə Paradı

24 iyun 1945-ci ildə Moskvada Qırmızı Meydanda Qələbə Paradı — Böyük Vətən Müharibəsində SSRİ-nin Almaniya üzərində qələbəsi şərəfinə Moskvada keçirilən tarixi hərbi parad. Ardı »

Ölkələrinə görə tarixParaqvay vətəndaş müharibəsi (1922-1923)

Paraqvay vətəndaş müharibəsi (1922-1923) (isp. Guerra Civil Paraguaya de 1922-1923) .Bu Paraqvayda 1922-1923 ci illərdə ictimayi və siyasi qüvvələrin hərbi toqquşması olmuşdur.XX əsrdə ölkə ikinci dəfə Paraqvay vətəndaş müharibəsi (1947) baş verir.
Müharibədən öncəki vəziyyət[redaktə]
Paraqvay Respublikası 20 əsrin əvvəlində o digər Cənubi Amerika ölkələri arasında ən geri qalmış ölkə idi.Milli iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edirdi.İxrac yox həddində idi.İxracatın əsası paraqvay çayı idi.Geriliyin səbəbi Paraqvay müharibəsi olur ki ,bu müharibə dövlətin kişi əhalisinin 90% həyatına son qoyur. Bununla belə ölkədə müxtəlif siyasi qüvvələr vardı.Siyasi elitanın əsasını iri torpaq sahibləri və Bankirlər idi.Dövlət idarəçiliyinə hərbi zabitlər güclü təsir göstərirdi.20-əsrin ilk on illiyi Liberal Ardı »

Ölkələrinə görə tarixIII koalisiya müharibəsi (1805)

1803-cü ildə uzun sürməyən Amien sülhündən sonra Fransa və Böyük Britaniya arasında gərginlik azalmaq bilmirdi və Napoleon Böyük Britaniyaya hücum etməyi qərara alır.

1805-ci ildə Avropada quruda Napoleonun komandanlığı altında Birinci Fransa İmperiyası ordusu, dənizlərdə isə Böyük Britaniya Kral Donaması söz sahibi idilər. Bu zaman Böyük Britaniya Fransanı blokadaya salmağı məqsəd güdürdü. Blokada Fransanın ticarətinə böyük ziyan vururdu. Fransa gəmilərinin bir neçə uğurlu mühasirədən çıxmaq epizodlarından başqa fransız dəniz donanması pis günlərini yaşamaqda idi. Fransız donamasının əsas qüvvələri Atlantik okeanı sahilindəki Brest, Aralıq dənizi sahillərindəki Tulon limanlarında cəmlənmişdi.

5 oktyabr 1804-cü ildə külli miqdarda pul aparan dörd İspaniya freqatı Kadis yaxınlığında britaniyalılar tərəfindən Ardı »

Ölkələrinə görə tarix1812-ci il müharibəsi

1812-ci il müharibəsi (ing. War of 1812) — Amerika Birləşmiş Ştatları ilə Böyük Britaniya arasında 1812-1814-cü illəri əhatə etmiş müharibə.

İkinci İstiqlal müharibəsidə adlanırılan müharibə Böyük Britaniyanın 1810-cu ildən artan siyasi təziqlərinin nəticəsində başlamışdır. Böyük Britaniyanın Amerika Birləşmiş Ştatlarının bəzi ştatlarında olan tərəfdarları vasitəsi ilə müharibəyə başlamışdır. Əsas məqsəd, Şimali Amerikada əvvəlki tək ingilis ağalığı qurmaq idi. İki il davam edən müharibənin sonunda Böyük Britaniya məğlub olmuş və ABŞ-la imzaladığı müqavilədə bir daha onun ərazilərinə iddia etməyəcəyinə dair öhdəlik götürmüşdür. Ardı »

Ölkələrinə görə tarixAusterlits döyüşü

Austerlits vuruşması - 1805, müttəfiq rus - avstriyalı və fransız qoşunları arasında 20 noyabrda Austerlits(indi Slavkov, Çexiya) yanında 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsinin həlledici vuruşması.
Tərəflərin qüvvələri və mövqeləri[redaktə]
Rus - Avstriya ordusu(86 min nəfər, 350 top) general Kutuzovun komandanlığı altında Braunaudan Olmüza qədər parlaq marş - manevrdan sonra(1805-ci ilin noyabrın ortası) müdafiyə üçün rahat Olşan mövqeyində dayandı. Napoleonun ordusu(73 min nəfər,250 top) Brünnadan(indi Brno) şərqə mövqe tutdu. Kutuzov yardım gələnə qədər fəal hərəkət etmək niyyətində deyildi. Napoleon, müttəfiqləri yardım yetişənədək və Prusiyanın ittifaq tərəfində çıxışına qədər vuruşmaya cəlb edərək, fransız ordusunun zəifliyi barədə şaiyələr yayır, barışıq barədə danışıqlar apararaq, Ardı »

Ölkələrinə görə tarixBraziliya avtomatları - IMBEL MD-2

IMBEL MD (MD-1, MD-2, MD-3 və son olaraq MD-4), Braziliyanın IMBEL (Indústria de Material Bélico do Brasil) tərəfindən istehsal olunmuş, hal-hazırda da Braziliya ordusunda M16A2nin bir çox modeli, IMBEL MD'nin modernizə edilmiş bir modeli olan IMBEL MD97 ile birlikdə istifadə olunmaqdadır.

Tarixi[redaktə]
İlk prototip olan MD-1, 1983-cü ildə ortaya çıxdı. 1985-ci ildə MD-2 istehsal olundu və Braziliya ordusunda istifadə edilməyə başlandı. IMBEL MD-2/MD-3 %90-i FN FAL, %10-i M16A1 (nişangah və sursat) nın hibridlənmiş versiyası kimidir. Ardı »

Ölkələrinə görə tarixSSRİ avtomatları - AK-74

AK-74 (rus. Автомат Калашникова образца 1974 года) — Qərb ölkələrinin orduları tərəfindən 5.56 mm kalibrli silahlar istifadəyə verildikdən sonra SSRİ-də AKM-in yeni növü AK-74 meydana çıxdı. Konstruksiyasının standart Kalaşnikov avtomatına uyğun gəlməsinə baxmayaraq o 5.45 mm-lik patronlar ilə təmin edilib və çox praktikdir. Atəş açılandan sonra güllələrin bir-biri ilə məsafəsi 90 metrdir Ardı »