Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

**DuWuNDuRuCu_HeKaYe**

Yeni ailə qurmuş cütlük, yeni bir
məhəllədəki yeni evlərinə
köçdülər. Səhər yeməyi
yeyərkən, qonşu da paltarları
asırdı. Qadın ərinə «Bax,
paltarları təmiz deyil, paltar
yumağı bilmir, bəlkə də doğru
sabundan istifadə etmir.» deyir.
Əri ona baxır, lakin heç bir söz
söyləmir yeməyinə davam edir.
Qadın, qonşusunun paltar
asdığını gördüyü hər səhər eyni
sözləri təkrar edir yoldaşına.
Bir ay sonra bir səhər,
qonşusunun paltarlarının
tərtəmiz olduğunu görən qadın
cox təəccüblə «Bax paltar
yumağı öyrəndi sonda, kim
öyrətdi görəsən?»
'Mən bu səhər bir az tez oyanıb
pəncərəmizi sildim' deyə cavab
verdi əri..
Həyatda da belə deyildirmi?
Başqalarını izləyərkən
gördüklərimiz, baxdığımız
pəncərənin nə qədər təmiz
olduğuna bağlıdır. Birini
mühakimə etməzdən əvvəl öz
vəziyyətimizə baxmaq və 'yaxşı'
olanı görməyə hazır olub
olmadığımızın fərqinə varmaq
gözəl bir fikir ola
bilər ...Pəncərələrimizi təmiz tuta
bilmək diləyi ilə.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 57 Bölmə: Sevgi varmı?
loading...