Payızın axır günlərində ağacların
budaqlarında tökülmək üzrə
olan saralmış son bir-iki yarpaq
qalıb ki mənim də sənə olan
ümidlərim həmin yarpaqlara
bənzədi. Sən qayıtmadın o
sonuncu yarpaqlarla birlikdə
mənim ümidlərim də yerə dəyib
qara torpağa qarışdı. Fəsillər
keçəcək gələn yaz həmin
budaqlara yeni yarpaqlar
gələcək, amma mənim ümidlərim
bir daha çiçək açmayacaq, çünki
sənə olan nifrətim onları
kökündən qoparıb atdı.
Yadındadırsa biz yağışı çox
sevərdik xoş təsadüf idi. Yağışlı
bir gündə tanış olmuşduq. Mən
sənə yağışdan qorunmaq üçün
öz çətirimi təklif etdim sən isə
gülümsəyib çətirin altına
sığındın. Bir kəlmə söyləmədin
yağış öz damcılarına ara vermir
sükutluğu pozur öz şırıltısı ilə
aləmə səs salırdı. Biz üz-üzə göz-
gözə dayanıb bir-birimizə
baxırdıq. Sanki gözlərimiz
danışırdı. Bax elə bizim qəmli
hekayəmiz də belə başladı.
Sonralar hər yağışda çətirsiz əl-
ələ verib yağışın altında
gəzirdik. Sanki bu dünya bizim
üçün yaranıb sanırdıq elə
anlayırdıq ki, tale bizi bir-
birimizə elə bir xoşbəxtlik nəsib
edib ki , xoşbəxtlik özü belə bizi
qısqanır. Bir gün səhər yağış
damcılarının səsi məni yuxudan
oyatdı çox sevindim amma bu
yağış damcıları əvvəlki tək xoş
təəssürat bağışlamadı mənə.
Amma gör bir nə oldu. Sən demə
pəncərəmi çırpan yağış
damcıları səndə olan xoş
günlərimin son notları son
kəlməsi imiş. Sənin zəngin gəldi,
düşündüm sənsən yenə yağışda
gəzməyə çıxacağıq. Tez dəstəyi
götürdüm və təəssüflər olsun ki,
bu sənin mənə işlətdiyin son
kəlməni dilim tutmur deməyə.
İndi hər şeyə nifrət edirəm,
yağışa da çünki yağışı sənlə
birgə sevmişdim. Sevgilim indi
qaranlıq bir otaqda şamla üz-üzə
oturub sənə məktub yazıram.
Şama baxıram o da mənə
bənzər, arada titrəyir sonra
sakitləşir, yanıb-yanıb əriyib
sonra da öz taleyi ilə barışır. Mən
sənin üçün o isə zülmət üçün.
Kaş mən də sənin otağında şam
kimi yanıb qaranlığı qovub
sənin məni tirən gözlərinə işıq
saçaydım. Mən sənin üçün şam
kimi deyil günəşdən də çox
yandım. Sən isə məni heç şam
tək belə sevmədin. Bu günlərdə
son məndə olan şəklini cırıb
atdım. Sonra çox peşman olub
parça–parça olmuş şəkli toplayıb
yapışdırdım. Sanma ki, bu sənə
olan sevgimdəndir yox canım
sənə olan sevgim öldü. Sadəcə
bu parça-parça olan şəkil sənə
olan sevgimin məzarının baş
daşı oldu. Niyə sən belə əlçatmaz
oldun, xeyr elə də böyük
deyilsən sadəcə mən
yüksəklərdən yerə dəydim.
Qarşılıqsız məhəbbət bir qanadı
sınmış quşa bənzəyir. Mən isə iki
qanadı sınmış halda özümü
zirvələrdən yerə atdım, bildim
paran parça olacam yəni sənin
uğrunda, sənin yolunda, qəm
qayalarına çırpındım çapaladım
can verdim. Öz sevgimə heyran
oldum. Sənə olan sevgimi
sevdim. Mən səni bax belə
sevdim belə deyirlər ki səni
ölənəcən sevəcəm, bizi ancaq
ölüm ayıra bilər, anla ki, məndən
ölüm belə ayıra bilməz. Çünki,
cismim – cismini deyil tək
qəlbim-qəlbini yox ruhum –
ruhunu sevdi. Bizi əməllərimizə
görə yalnız Allah ayıra bilər. Oda
ki, sən cəhənnəmlik olsan yerinə
mən yanaram. Səni özümdən də
çox sevdim. Yazdığım bu
məktublar sənlə olan son
təsəllimdir. Bir gün məndən sənə
məktublar kəsilsə bil ki, ya mən
ölmüşəm yada sənə olan
sevgim. Hər halda mən ölmüş
olaram. Çünki, sənə olan sevgim
ölməzdir.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 316 Bölmə: Sevgi varmı?