Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ebedi Sevgim

Həyatda ən qiymətli şeydi sevgi. Mən bu dəyərini sənin olanda bildim bidənəm. Bu qiymətli duyğunu mənə daddırdığın, məni xoşbəxt etdiyin üçün sənə təşəkkür edirəm. Mənə nə desən də, nə etsən də sənə hirslənə bilmirəm , əsəbləşə bilmirəm... Sən mənə nə qədər “Səni Sevmirəm” desən də, mən səni hələ çox amma çox sevirəm.


Mənə deyərdin səni çox sevirəm, səndən heç vaxt ayrılmaram. Yalanıydı o şirin, məni arzularıma qanadlandıran sözlər? Yadındadı? Səndən başqasına baxa bilmərəm deyirdin..O gözlərə nə oldu sevgilim?!Axı sən çox dürüst idin, axı çox etibarlı idin, mən səni həm dürüst, həm də etibarlı bildim ona görə. Amma gəl gör indi..Mənə söylədiklərinin hamısının tərsi baş verdi. Mən sənə yenə də güvənirəm. Məncə yenə dürüstsən.. Çünki... Çünki Səni Sevirəm. Yadında bir qız var idi..Sənə “Sevirəm” demişdi..Sənsə “mən onu sevmirəm səni sevirəm” demişdin.


İlk görüşlərimizdə papağım üzümü tuturdu, üzümü görmürdün, keçirdin sol tərəfimə..İlk dəfə sırğama baxanda əlin dəymişdi yanağıma..Mən hiss etməmişdim..Ama görüşdən qayıdanda “Bu gün əlim yanağına dəydi..Özümü xoşbəxt hiss etdim..” yazmışdın..Sonra sənə “Sevirəm” yazmışdım..Ama deyə bilmirdim dilnən..


Qulağına demişdim..Yavaş..
Yadındadı?”İndi ən çox istədiyim şey səni görməkdi”-demişdin..Mənə dediyin ilk məni həyəcanlandıran sözün idi..Mənim o zamanki xoşbəxtliyim, o zamanki həyəcanım səni yanımda hiss etdirər, bütün mənliyimi unutdurardı mənə. Niyə? Yalan danışdığını bilirdim, amma səni çox sevirdim...


Mənə əlvida dediyin günü xatırlayırsanmı? Mən xatırlayıram. Sevgilim, bizim üçün ən yaxşısı indi ikimizin də yox olmasıdı..Yox oldun həyatımdan..Həyatımı şirin edən bir varlıq yoxdu..Başqalarına məsləhətlər verirəm ama özüm bataqlıqdayam.. Sənsə mənə “Səni Sevmirəm” dedin. O zaman hər insan kimi kədərləndim amma yenə də ümid bəsliyirəm. Niyə?Çünki sən mənə 'Səni Sevirəm' demişdin eşqim. Sən çox dürüstsən, etibarlısan, buna görə sənə inanırdım...


Ölənə qədər bəslədiyim ümidlə yaşayacağam bu sənin kimi yalan həyatda... Ölənə qədər səni sevərək yaşayacağam bu sənsiz, boz-dumanlı dünyada...Ölənə Qədər... BƏLİ! Ölənə qədər sənlə yaşayacağam. Öləndə də sənlə ölmək istəyərdim. Əmin ol, sənə olan eşqim ölənə qədərdi. Ayrılana qədər deyil..


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Sevgi varmı?
loading...