Payız fəslin xüsusi sevərdim. Yadımdadır gözəl payız günlərindən biri idi. Parkda skamyada əyləşmişdim, ağacların sarı yarpaqları yerə tökülmüşdü və tökülməyə davam edirdi, hər yanı gözəl qızıl yarpaqlar əhatə edirdi, yağışsa, narın-narın yağmağa başladı. O andan uzaqda dərin fikirlər içində bir gənc gəlirdi. Yanımdan ötərkən sakit keçdi, ancaq elə bir təəssürat yaratdı ki, məndə sanki o başın çevirib baxmaq istədi, amma ötüb keçəndən sonra geriyə döndü. Sadəcə baxdı, saniyəlik baxışlarda sanki nələrsə, demək istəyirdi, ancaq susdu və özün çevirib yoluna davam edərək parkdan çıxdı getdi. O getdisə, mən onun o üzündəki gözəl simanı unuda bilmədim, saatlarla oturdum orda, gələcək deyə gözlədim, amma gəlmədi. Getdiyi tərəfə doğru getdim, bəlkə gələr deyə, qarşılaşarıq deyə. Evə doğru asta addımlarla ağlımda gözəl fikirlərlə xəyallarla gedirdim, dostlarla danışmaq istəmirdim, həyatımdan hər kəsi uzaqlaşdırmışdım.
Qaranlıq.. Gecə... Göydəki gözəl ay ilk dəfə idi ki, o qədər gözəl parlayırdı, ulduzları sanki öz işığı ilə yandırırdı, çox gözəl bir təsvir yaranmışdı səmada. Baxıb sadəcə insan valeh olurdu. Mənsə, pəncərəmdə oturub dərin fikirlərə getmişdim. Görəsən onunla nə vaxtsa, bir daha qarşılaşa biləcəm mi? Ancaq yenə də düşünürdüm ki, qarşılaşsam belə yenə də cəsarətsizcəsinə yaxınlaşa bilməyəcəm, hər dəfə belə olduqca mən daxildə məhv olacam. Daha o parka getməməyi qərara aldım. Hər gün eyniliklər həyatımı çox sıxmağa başladı. Pəncərəmdə oturub çöldəki payızın günlərin seyr edirdim, sevgililər keçirdi bir-birinə sığınaraq, mehribancasına...
Mən yenə də onu tanımasam belə onun haqqında düşünməyə, onlu xəyallarda yaşamağa davam edirdim və bu olanlardan çox uzun müddət keçmişdi. Artıq növbəti payız fəsli gəlməyə başlayırdı, payızın gəlişi ilə təbiət gözəlləşməyə başlayırdı... Bilmirəm niyə, necə oldusa, yolum o parkdan keçirdi sadəcə olaraq... Və əyləşdiyim o skamya məni cəlb elədi, üzərində olan yazı ilə... “Mən səni gözlədim gəlmədin, növbəti payızda o gündə yenə gözləyəcəm səni”
Bu sözlər məni silkələtdi. Sanki ürəyim diyanmadı bir neçə saniyəlik, gücsüz olub dizlərim üstə yıxıldım. Bütün gecəni orda qaldım, çünki sabahsı gün onu gördüyüm gündən bir il keçirdi. Yenidən parka daxil olacağın gözləyirdim, ancaq bu dəfə hər bir şeyin fərqli olacağın düşünərək. Külək o qədər güclü idi ki, yarpaqları parkın girişindən çıxışına kimi aparırdı. Günün bitməyinə az qalmışdı, ümidlərim puç olmaq üzrə idi ki, parka bir insan girdi, qaranlıq olduğu üçün o olub-olmadığın bilmirdim. Ancaq tamam başqa bir insan mənə bir yazı verdi, payızın ilk günündə skamyada tək əyləşib diqqəti çəkən, məsum baxışlarla baxan, gözləri ulduz kimi parlayan bir qıza bu məktumu çatdırın dedilər, bunun siz olduğunuzu zənn edirəm dedi, aldım məktubu, sağol dedi və getdi. Artıq bir sual verməyimə izn belə vermədi.
Əllərim, ürəyim əsirdi. İçində nəilə qarşılaşacağımdan xəbərsiz idim. Açdım və o qədər həyəcanlı idim ki, sözləri hecalayaraq oxumağa başladım.
“Salam, Mələyim. Bu məktubun kimdən sənə gəldiyin gözəl bilirsən. Məni daxilən tanıyırsan, bir neçə saniyəlik baxışda hər bir şeyi gördüyünə əminəm, bunu mən sənin o baxışlarından anlamışdım. Daxil olduğumda uzaqdan gördüyüm o gözlərin, sanki kimisə axtarırdı. O gözlər məncə axtardığın tapmışdılar həmin an. O baxışlarını heç vaxt unutmadım. Getdim, geriyə qayıtmadan getdim, ancaq ürəyimi arxada qoyub getdim. Həmin gündən sonrakı hər bir günü orda keçirdim, yanımda səni təsəvvür edərək. Sənli xəyallarımla bir. Hər an yanımda əyləşmisən sanırdım, başını çiynimə qoymusan, əllərim əllərində, payızın gözəlliklərin seyr edirik. Bəzən üstümə əsən küləklər mənə elə gəlirdi ki, dodaqlarıma sənin dodaqların toxunur. Səni o andan izlədim, sənin ardınca çox gəldim, heç bir zaman yaxınlaşmadım, düşünmə ki, cəsarətsiz olduğum üçün bu addımı atmadım. Sadəcə səni daxilimdə yaşatdım, səni üzə bilməzdim, çünki bir gün bu ağır xəstəliyin mənim həyatıma son qoyacağın bilirəm. Sənə toxunmadım, sənə sevirəm demədim, amma həyatım boyu ilk dəfə sevdim, sevdim, ancaq daxilimdə yaşatdım o sevgini. Hazırda ilk qarşılaşdığımız yerdəsən, ətrafında gözəl mənzərə var, bil ki, sən orda tək deyilsən, mən də yanındayam. Bu an qulağına pıçıldayıram “Səni Sevirəm” deyərək. Əbədiyyən sənin yanında olacam, payız yadıgarım olan sevgilim!...”
Oxudum, sevinc vardı daxilimdə, mən onu yaşatdığım kimi o da məni yaşadıb daxilində. Mən onun ilki olduğum kimi o da mənim ilkim olubdur... Yerdən bir daş götürərək skamyaya yaxınlaşdım və sanki o da əlimdən tutmuşdu, bərabər cızaraq yazırdıq skamyaya “Səni Sevirəm”
Bu olub keçənlərdən neçə illər ötüb keçibdir, ancaq mən hər payız fəsli gələndə qarşılaşdığımız parka gedirəm, ancaq bu dəfə gözlərim heç kəsi axtarmır, çünki yanımda artıq O var.
Hər bir kəsin necə sevgi yaşamasına baxmayaraq, yəni qarşılıqlı və ya qarşılıqsız o sevgilərin qorumaqların arzulayıram. Sevginin qədrin, dəyərin bilməklərin arzulayıram. Heç bir zaman adiləşdirməyin daxilinizdəki o sevgini. Əsl sevgini yaşamağı bacarın, daxilinizdə sevgi həyəcanı keçirin. Sevdiyinin sadəcə əlindən tutarkən ondan sanki güc alırsan, sanki onunla bərabər tamamlanırsan. Səni Sevirəm sözün bir dəfə deyin, gözəl şəkildə öz hisslərinizi etiraf edin. Hər an qarşınızdakına xatırladaraq o sözü adi etməyin.
Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 224 Bölmə: Sevgi varmı?