Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BARIS INANC SEVGI UMID

"BARİŞ”, "İNANC”, "SEVGİ”, "ÜMİD”

Dörd şam astaca yanırdı... Ətrafda sakitlik hökm sürürdü. Buna görə də astadan da olsa, söhbətlərini eşitmək olurdu.

1-ci şam: Mən "BARİŞ”am. Heç kəs mənim yanılı qalmağıma çalışmır. Bilirəm ki, sönəcəyəm. – dedi, alovu azaldı və söndü...

2-ci şam: Mən "İNANC”am. Hardasa, heç kim məni də artiq gərəkli saymır, bu səbəbdən mənim də daha yanmağıma heç gərək yoxdur...- dedi və söndü...

3-cü şam: Mən "SEVGİ”yəm. Yanili qalmaq üçün gücüm qalmayıb... insanlar məni bir kənara atdilar və yaşam üçün vacib olduğumu anlamadılar...özlərinə ən yaxın, doğma olanları belə sevməyi unutdular... - dedi və o da söndü...

Bu zaman anidən otağa bir uşaq daxil oldu və 3 şamın yanmadığını gördü, təəccüblə:
- Niyə yanmırsınız? Siz sonuna qədər yanmalıydınız..... - dedi və ağlamağa başladı


4-cü şam uşağa dönüb: Qorxma! Mən hələ də yanıram, digər şamları yenidən yandıra bilərik. Mən "ÜMİD”əm...- dedi.
Sevincdən gözləri parlayan uşaq "ÜMİD” şamını götürüb, digər şamları təkrar yandırdı...


Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Sevgi mesajları
loading...