Sən getdin.. Bir zindan yalnızlığı,
ağır bir boşluq buraxdın geridə.
Getdin və dönməyəcəksən bir daha.
Haqlısan gedişində, bu eşqi
bitirməkdə haqlısan. Bir söz söyləyə
bilmədim. Üzünə baxa bilmədim. Qarşında ağlamadım. Əridim,
tükəndim, bitdim. Sonsuzluqda bir
insan necə olar.. səsi sorağı necə
duyulur?
Əlvida eşqim.. Əlvida sevgilim. Sən
özünü heç mənim tək gərəksiz, mənim tək dəyərsiz, mənim tək yapyalnız
hiss etdinmi? Ayrılıq ölüm qədər acı
və soyuq. Güzgüyə baxıram.
Güzgüdə gördüyüm mən deyiləm.
Gözlərim cəhənnəm atəşi..
dodaqlarım möhürlənmiş. Əllərim titrəyir. Ürəyim qızmar dəmirlərlə
dağlandı. Yoxluğunun acısı çox ağır
gəlir sevgilim.
Sevinclərim, xəyallarım, ümidlərim,
rəngli dünyam əlvida.. Əlvida
yaşamaq.. Yaşantımın anlamı əlvida. Başqası bilməz sənin yoxluğunun
acısını. Sənsiz nə hallarda olduğumu
kimsə bilməz. Anlamıram itib gedən
bir eşqin kədərini.
Dünənə qədər həyatın ən gözəl
günlərini yaşadım. Günəş qədər yaxındır mənə sevgi. Günəş qədər isti
və parlaq. Buraxdın birdən-birə,
qanadlarım kəsildi. Sürətlə
zirvələrdən düşdüm yerə, boşluğun
içindəyəm, indi heçbirşeyəm. Bir
zamanlar dünyanın ən zəngini idim. Bütün çiçəklər bizim üçün açardı,
bizim üçün bəhrə verərdi meyvələr,
əkinlər bizim üçün bərəkətli, sular
bizim üçün çağlardı. İndi toz duman
içində qızğın bir çöldəyəm. Sən
mənsiz necəsən, bilmirəm. Rahatmısan, xoşbəxtmisən, bu qədər
tezmi məni unutdun?.. Necədə birdən
olub keçənləri unutdun?
Dünənə qədər gözlərindən eşqi
içdiyim, dodaqlarında ürəyimi
əritdiyim, uğrunda bıçaqlar çəkib dünyaya meydan oxuduğum ey
sevgilim haradasan? Kimləsən?..
kimlərləsən?.. Kimlərlə oynaşıb könül
verirsən? Mən burada, tərk edib
getdiyin yerdəyəm.
Əlvida eşqim.. Əlvida birdənəm.. Əlvida sevgilim! Əlvida sənə...
Tarix: 19.11.2013 / 04:06 Müəllif: Akhundoff Baxılıb: 136 Bölmə: Sevgi mesajları