Təkliyi dost seçdim kimsə anlamadı,
Halbuki dostlarımdan ən sadiqi o çıxdı
Yanımdan heç ayrılmadı
Doğulduğum günü xatırlamıram
Amma o körpəni çox axtardım
Soruşmaq istədim ondan
Gözünü dünyaya açdığında nələr hiss etdi?
Ümidləri nə idi... Niyə gözünü açar açmaz ağladı?
Dünyaya gəlir gəlməz həyatın soyuq küləyi soyuqladımı,
Yoxsa canımı ağrıdı?
İçimdə o körpəni axtardım,
Tapdığımda hələ ağlayırdı,
Soruşa bilmədim...
Sonra içimdəki uşağı axtardım
Anasına çiçəklər yığan
Dizlərini daşlarda qanadan sonra hıçqırıqlar içində anasına qaçan
Çox yaxşı xatırlayıram yanağımda gözyaşlarım yavaş yavaş quruyarkən,
Və qonşunun qızı... İlk eşq ağrısı...
Bir sinif yuxarı olan uşağın əlini tutub yanağından öpdüyünü görmüşdüm
Səssizcə evə getmişdim və bədənimdə heç yara olmadığı halda canım hər zamankindən
daha da cok ağrıyırdı, əvvəl susdum...
Sonra otağımın qapısını kilidləyib, qarşı divara söykənərək, səssimi udqunaraq ağlamışdım
İçimdəki o uşağı axtardım,
Tapdığımda hələ qapısı kilidli idi və hələ ağlayırdı,
Qapını açmadı məndə gözyaşlarını silə bilmədim...
Sonra ilk gənclik çağlarımı xatırladım
Hər yer eşq, sevgi və dinclikətri verərdi
İlk gerçək eşqimi yaşamışdı o gəncliyim bilmirəm amma
Bitdiyində yaşadığı acı çox çox gerçək idi
Gəncliyin yaşla heç bir əlaqəsi olmadığını tez anladım
Gün batımının dərhal arxasından qaranlıq çökərmiş
Və ayrılığın sonunda sənə tək qalan dost, təklikmiş...
Axtardım o içimdəki gənci
Tapdığımda təkliyinə sarılırdı
Üzümə belə baxmadı...
Birdə mən
Neçə dəfə qırıq sökük qalmışım bu günə qədər
Anladım ki, bir insana özünü zorla,məcburən sevdirə bilməzsən, ancaq sevə biləcəyi biri olmağa çalışa bilərsən
Nə sevdiyim məni sevdi, nə də həyat,
Mən gün işığını sevməməyə başladım, gecələr də məndən nifrət edirdi
Sonra təkliyimi qucaqladım
Hıçqıraraq səsimi udqunaraq ağladım
Təkliyim ağlama dedi, məndə susdum
Sonra bəziləri məni məndə axtardı...
Səssizliyimə səsləndilər...
Mən danışmadım onlarda eşitmədilər
Səssizliyim qışqırıq oldu
Hədiyyəm təklik oldu
Gözyaşları qadağan olan bir şəhərdə otururam indi
Canım ağrıyır susuram
Ürəyim qışqırır amma mən susuram
Səssizliyimə səsləndilər...
Mən izah etmədim onlarda bilmədilər
Məni axtaranlar
Mən həmişə burdaydım amma heç tapa bilmədilər...
Halbuki mən təklik ölkəsindəydim...
Gözyaşların qadağan olduğu bir şəhərdə..
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 104 Bölmə: Sevgi mesajları