Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi Ve Hormet Nece Qazanilir

Sevgi və hörmət necə qazanılır?
Bir an üçün ətrafınızda Hörmət etdiyiniz insanları düşünün. Hörmət etdiyiniz bir müəllim, bir yoldaşınız, bir böyüyünüz, hətta öz ananız ya da atanız… Bu insanların ortaq nöqtəsi nədir? Niyə bu insanlar içinizdə hörmət oyandırır? Ehtimalla ən azı bir sahədə mütəxəssis olmaları, ehtiyac duyduğunuzda məsləhətləşə biləcəyinizi bilmək, sizə yeni bir şeylər qazandıra bilmələri və daha əhəmiyyətlisi güvənməyiniz. O halda ətrafınızdakı insanların sizə hörmət edə bilməsi üçün, sizində qarşınızdakı insanlara bənzəri duyğuları verməniz lazımdır. Əgər ən az bir mövzuda özünüzü inkişaf etdirə bilsəniz, insanlar o mövzu ilə əlaqədar problemləri olunca sizə gələcəklərdir. Bu sizin məlumatınıza hörmət göstərmələri, sizin mütəxəssisliyinizi qəbul etmələri və köməkçi ola biləcəyinizə inanmaları mənasını verər.


Digər bir mövzu sevgi qazanmaq. Əvvəlcə ifadə etməliyəm ki, sevgi qarşınızdakı insanın hər istədiyini edərək təmin edilməz. Bu yalnız asılılıq - bağlılıq yaradar Təkrar öz duyğularınızı düşünün, həqiqətən sevdiyiniz insanları gözünüzün önünə gətirin. Əksəriyyətlə sizi dinləyən, şəxsiyyətinizə hörmət göstərən, fərqliliklərinizi xoş görən, sizi olduğunuz kimi qəbul edən və günahkarlıq duyğusu yükləməyən, özünüzü yanında yaxşı hiss etdiyiniz, özünüz ola bilməniz üçün şans verən və ən əhəmiyyətlisi sizə dəyər verən və inkişaf etdirən insanlara sevgi duyarsınız. Davamlı tənqid olunduğunuz, kiçik görüldüyünüz, təhqirə uğradığınız, əhəmiyyət verilmədiyiniz, gerçək şəxsiyyətinizi göstərməkdən çəkindiyiniz və günahkarlıq duyğusu hiss etdiyiniz mühitlərdə olmaq istəməzsiniz.


O halda ətrafınızdakı insanların sizə sevgi duymasını istəyirsinizsə, sizin də qarşınızdakı insanlara bənzəri duyğuları yaşatmanız gərək. Qarşınızdakı insanı dinləyin, mühakimə etmədən, tənqid etmədən olduğu kimi qəbul edin. Fərqliliklərinə hörmət edin və özünü sizin yanınızda azad hiss etməsinə imkan verin. Onların özlərini inkişaf etdirmələrinə köməkçi olun, amma əsla öz başlarına qərar vermə haqqlarına müdaxilə etməyin. Hər insanın ehtiyac duyduğu zamana və məsafəyə diqqət edin. Sizin qəbul etdiyiniz gerçəkləri, digər insanlar sizin qədər tez anlamaya bilər, buna görə təzyiq edən olmaq yerinə, yavaş inkişaflarına hörmət və şəfqət ilə yaxınlaşın. O zaman həqiqətən sevilən bir insan olacaqsınız. Çünki bu xüsusiyyətlərə sahib biri hər kəs tərəfindən axtarılan və yanında olmaqdan zövq alınan bir insandır.


Son olaraq ifadə etmək istəyirəm… Sevgi və Hörmət avtomatik olaraq gələn, gəlməsi lazım olan duyğular deyil… Qazanılması lazımdır…. Üzərində səy sərf edilməsi, əmək xərclənməsi lazımdır. Heç kim sizi sevmək ya da hörmət etmək məcburiyyətində deyil. Əgər bir insanda bu dəyərləri oyandıra bilmirsinizsə, o insana əsəbiləşib, hirslənərək bu duyğuları təbii olaraq duyması lazım olduğunu təlqin etməyin. Kim olsanız olun, nə haqqlara sahib olsanız olun, hansı şərtlərdə yaşayır olsanız olun, əlinizdə nə növ güclər tutursanız da, SEVGİ və HÖRMƏTi qazanmaq məcburiyyətindəsiniz. Bunun üçün yuxarıda ifadə etdiyim kimi, özünüzü inkişaf etdirməniz və ətrafınızdakı insanlara dəyər verməniz gərəkdir.
Əgər siz bunu bacara bilmirsinizsə, başqalarının sizin üçün bacarmasını necə gözləyərsiniz?


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 111 Bölmə: Sevgi mesajları
loading...