Nəyə görə bəzən içimizdən keçəni deyə bilmirik? Ürəyimiz istəsə də dilimiz susur... Bəzən sadəcə soyuq baxışlarla kifayətlənirik... Nəyə görə?
Bir soyuq baxış ya bir kəlmə acı söz? Hansı daha təsirlidir? Sağalmayan söz yarası bəlkə?... Söylədikdən sonra peşman olduğumuz sözlər... Və bu peşmanşılığın üzr istəməyə vadar etdiyi anlar... Amma külək üzr istəsə nə fayda...budaq bir kərə qırıldı... Bağışlayarıq bəzən... Ancaq qəlbimizdəki o inciklik qalar çox vaxt, bəlkə bir müddət, bəlkə də ömür boyu... Kölgə tək izlər insanı... Rahat buraxmaz... Hər baxdıqda sanki yenidən təkrar edirmiş kimi çırpılar üzünə həmin sözlər... Unudulmaz heç vaxt...
Bəzən isə susmaq qızıldır düşünüb danışmarıq... Hansı ki, ağızdan çıxacaq o bir neçə söz çox şeyi dəyişə bilərdi... Söyləmərik... İçimizdə saxlarıq...
Bəzən isə nəyə görə söyləmədim deyə çəkdiyimiz peşmançılıq... Nəyə görə susdum? Niyə içimdən keçəni demədim? Amma bunun üçün də gec olar bəzən... Danışmağın da gec olduğu zamanlar var...
Ürək yanğısı ilə ''Bu da mənə bir dərs oldu'' desək də zamanı geri qaytarmağı bacarsaq hər şeyi tam dəyişmək istərdik... Kimilər deməyə peşman olduğu sözləri ürəyində gizlər, kimilər isə ürəyində gizlədiyinə görə peşman olduğu sözləri deyərdi... Gözlər qəlbin aynası olsa da bəzən sözlər daha kəskin olur..
Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 66 Bölmə: Sevgi mesajları