DƏRDLƏR
Alışdım içimdə, yandım içimdə,
Dünyanın dərdini sandım içimdə.
Bu dərdlər başımı ağartdı mənim,
Dərmanlar dərdimi sağaltmır mənim.
İlahi bu dərdlər yetməzmi mənə
Ömrün baharında düşmüşəm çənə.
Allahım söylə bir neynədim sənə,
Dünya gəldiyimdən qaradır mənə.
Bilmədən ötübdür gəncliyin çağı,
Qəlbimdə sönübdür eşqin ocağı.
Sinəmə çəkilib məhəbbət dağı.
Mən bu dərdlərə tapmadım şəfa,
Demə ki, yox imiş ömürdə vəfa
Tarix: 27.01.2015 / 12:32 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Sevgi şerləri
loading...