Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeter

Yetər ağladığın burdaca dayan!
Sadəcə unut, nə alış nə yan,
Bir göz qırpımıdır bizi ayıran,
Dəyməz göz yaşına,hər şey əbəsdir.
Yeter!Bəsdir gülüm,daha bəsdir...
Özün-öz əlinlə oyub getdiyin,
Ağrı-acısından doyub getdiyin,
Məni bilə-bilə qoyub, getdiyin,
Çıxılmaz bir tuzaq,qara qəfəsdir.
Yetər!Bəsdir gülüm,daha bəsdir...
Daha qayıtma gəl ötən anlara,
Xəyallar nə versə,qaytar onlara,
Inan ki,üz tutub getsən də hara.
Elə həmin nəğmə,həminki səsdir.
Yetər!Bəsdir gülüm,daha bəsdir...
Birdən ayrılığın qəmi gələr,ha!
Sevgi səhrasına gəmi gələr,ha!
Qəlbinə sevginin dəmi gələr,ha!
Inanma özünə,bu boş həvəsdir,
Yetər!Bəsdir gülüm daha bəsdir...
Gözləmə haçansa göydən nur yağa.
Gəl sən uşaqlığı qoy bir qırağa.
Baxıb hər çəkilən günahsız,aha.
Elə biləcəksən isti nəfəsdir?
Yetər!Bəsdir gülüm,daha bəsdir...
Sənsiz bir saniyə min dəfə öldüm,
Min dəfə dirilib bir dəfə öldüm.
Hər ayı,hər günü ömrümə böldüm.
Aldığım cavab da inan ki,nəsdir.
Yetər!Bəsdir gülüm,daha bəsdir...


Tarix: 27.01.2015 / 12:20 Müəllif: Aziza Baxılıb: 244 Bölmə: Sevgi şerləri
loading...