Heyif..
Heyif ki,toyunda olmadım sənin,
Heyif,eşitmədim” Vağzalı” səsin.
Doyunca oynardım sənin xətrinə
O toy məclisində hey dönə-dönə.
Heyif,göz yaşını görmədim o an,
Sevinc yaşı idi,yoxsa ki,hicran.
Qismətim deyilmiş qara saçların,
Heyif,şölə saçan al yanaqların.
Bir daha gülmərəm sənsizliyimdən,
O toy günün mənə dərd oldu,nədən?
Başqa birisiylə vuran o ürək,
Heyif,daha mənə deyildir gərək.
“Vağzalı”çalındı,getdin sevinclə,
Heyif,sevincini bölmədin mənlə.
Mövludun qəlbində bilmədin ki,sən
Sevgi dünyasını qoyub gedirsən.
Tarix: 26.12.2014 / 14:12 Müəllif: Aziza Baxılıb: 200 Bölmə: Sevgi şerləri
loading...