Səni gözləyir bu gözlər,
Intizaram, Hardasan?!
Gəlməyir sənsiz baharım
Yazım, baharım hardasan?!
Aylardır yox xəbər səndən
Vəfalı yarım, hardasan?!
Darıxır sənsiz bu canım
Bir xəbər ver, hardasan ?!
Gözlərim yollarda qalıb
Ey əhdi-ilqarım, hardasan?!
Həsrətəm gözlərinə,
Ey xumar gözlüm, hardasan?!
Ürəyim dözmür hicrana,
Ey sərvi boylum, hardasan?!
Gözlərəm yolunu hər an,
Ey şirin sözlüm, hardasan?!
Açılmır sənsiz sabahım,
Sabahlarımın sultanı, hardasan?!
Qəm ilə keçir hər anım
Ey sevincim, hardasan?!
Sənsiz həyatda yorur məni
Ey həyatım hardasan?!
Ömürdə etmir vəfa,
Ey ömrüm-günüm hardasan?!
Vaxt ötür daralır zamanım
De görüm sən hardasan?!
Darıxıb sənsiz cananın,
Qayıt gəl fərqi yoxdur hardasan…
Tarix: 26.12.2014 / 13:31 Müəllif: Aziza Baxılıb: 132 Bölmə: Sevgi şerləri