Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bitən deyil

Getdin, xəyalın mənim,
Gözümdən itən deyil.
Bəhanə gətirirsən,
Bəs, yaşımız tən deyil.

Min xəyal var başımda,
Durmasan da qarşımda.
Bitmisən yaddaşımda,
Bu sevda bitən deyil.

Çox arzum var görməyə,
Lap yolunda ölməyə.
Saçına gül hörməyə,
Əllərim yetən deyil…


Tarix: 26.12.2014 / 12:42 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Sevgi şerləri
loading...