Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən gözəl eşq uzaq olan imiş...

İnsan özündən başqasını çox sevərmi ? Eşq, elə bir şeydir ki sevdirər. Həyatda bir xətt vardır xəttin sağ tərəfi xoşbəxtlik sol tərəfi hüzndür. İnsanlar ümumiyyətlə xəttdirlər, duyğularını tarazlaşdırarlar. Nə hüzn nə xoşbəxtlik ? Çox xoşbəxt olduğun an, bir anda çox bədbəxt də ola bilərsən.Bax sevgi belə bir şeydir. Dünyada iki sözlə cənnəti, kiçik bir incikliklə cəhənnəmi yaşadar. Amma nə qədər küs olsan da,hirsli olsanda, onun var olduğunu, sənin olduğunu bildiyin müddətcə ən xoşbəxt sənsən. Yalnız qürurun bu gerçəyi o anlarda saxlayar, amma bu həmişə belədir. Onu gördüyün an özünü unudarsan. Tək düşündüyün tək hiss etdiyin onu çox sevdiyin, onsuz yaşaya bilməyəcəyindir. Əlini tutduğunda dünya yıxılsa sənə zərər gəlməyəcəkmiş kimi hiss edərsən. Bilərsən ki o da səni, sənin sevdiyin qədər sevir. İki sevən ürək,sevginin verdiyi istilik və sahiblik hissi… Bunlar əridər səni. Və bununla birlikdə sevginin gətirdiyi digər möhtəşəm duyğular. Mənim üçün eşq insanın həyatı boyunca ən gözəl gördüyü yuxudur. Bax sən mənim üçün belə bir şeysən.
Ən gözəl eşq uzaq olan imiş...

Yalnız sənin üçün yaşayıram, sənin üçün nəfəs alır və sənin üçün düşünürəm. Mənliyimi, düşüncələrimi, sevgimi səninlə böyütdüm. Səninlə var oldu bu ürək yenə səninlə sona çatacaq. Hər şeyimi sənə həsr etdim, bir tək bu canım qaldı ALLAHa aid.
Ən gözəl eşq uzaq olan imiş...

Gözlərinə baxdığımda özümü tapdığım, əllərini tutduğumda dünyadan qopduğum….. Hər günün hamısında ağlımı işğal edən, ürəyimi heç bir atışında tək buraxmayan, xəyallarımın hamısını örtən mükəmməl birisən. Yaxşı ki varsan (həyatımda olmasan da xəyallarımda varsan). Səni Sevirəm …


Tarix: 03.12.2014 / 18:40 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Sevgi şerləri
loading...