Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seni Sevirem.. <3

Ağır bir roman idi yoxluğun.
Yavaş-yavaş öyrəşmişdi ruhum…
Vaxt erkən idi, çox idi. Keçmək bilmirdi zaman…
İztirab müzəffər ədasıyla dolanırdı içimdə.
Üzərində dayandığım torpaq belə qana doymuşdu...

Səni nə qədər sevdiyimi bir bilsən...

Bir tək köhnəlmiş gözyaşılarımın yaş izləri qalmışdı üzümdə.
Gözümdə zülmət üstünə zülmət…
Həyat isə mənasız hərflərin ağrılı mənalarla görüşdüyü cümlələrlə dolu idi.
Həmişə pis səslər, insafsız pıçıltılar gəlirdi qulağıma.

Səni nə qədər sevdiyimi bir bilsən...

Nə vaxt qalxsam yerimdən, səni axtarsam, itirdim.
Tellərə, tikanlara ilişirdi ruhum.
Bədənim qırğılara yem olurdu.
Bilərək və gedərək azalırdım.
Gedərək daha çox istəyirdim ölümü.
Hər gün eyni dua içində tükənib bitirdim.

Səni nə qədər sevdiyimi bir bilsən...

Geri dönülməz bir yoxluğa təslim olduğum bir qaranlıq andı səni gördüyüm.
Tanış olmayan hisslərlə tərləmişdi ruhum.
Sonra günəş doğulmuşdu qərbdən, hər şey rənginə qovuşmuşdu.
Mən sənə qovuşmamışdım.
Bütün çirkin rənglər silinmişdi gözümdən, xatirələrimdən ağrıdan xatirələr getmişdi bir anda.

Səni nə qədər sevdiyimi bir bilsən...

Və əllərimə toxundun o an.
Qanayan, yaralı və keçmişin çirkli izlərini saxlayan əllərimə…
Üzümə baxıb, bizdən əvvəl yazılmış qədərimə ağladın və oxumağa başladın gələcəyi gözlərimdə.
Anladım və susdum cümlələrinin bitməsini.
Hər sözündə çoxaldı xoşbəxtliyim, hər səsində bir addım yüksəldim göyə.
Dünyanın ən gözəl ləfzini eşidənə qədər çıxışım ərşə doğru və
"Səni sevirəm" dediyin an yıxıldı mənliyim, qürurum yox oldu.
Alaşağı düşdüm yerin sənə ən yaxın üzünə.

Səni nə qədər sevdiyimi bir bilsən...

Buraxdım əllərinə qədərimi və əllərinə sarıldım ümidlə.
"Məni buraxma" deyə yalvardım içimdə.
Eşitmiş kimi baxdın üzümə, öpdün gözlərimdən.
O an ağladım ilk dəfə.
Sanki quruyan göz mənbələrim yaşıllaşdı, ürəyimdə cücərən ümidlərlə birlikdə.
O an ilk dəfə xoşbəxtlikdən ağladım.
Hər damlasında "səni sevirəm" deyə qışqırdım.
Süzüldüm üzümdən səssizcə, düşdüm ürəyinə.
"Səni sevirəm" deyə deyə…


Tarix: 03.12.2014 / 18:12 Müəllif: Aziza Baxılıb: 128 Bölmə: Sevgi şerləri
loading...