Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adini Yazardım

Səni tanıdığım o ilk günləri
Yadıma salanda qüssələnirəm
Yalançı baxışa, saxta sözlərə
Necə aldanmışdım təəccüblənirəm

Həqiqi kimliyin, mənəviyatın
Kaş bəlli olardı o vaxtlar mənə
Sənintək qürursuz qadınla birgə
İtirmiş olmazdım heç bir saniyə

İndi varlığın da bir xəyal kimi
Ötür gözlərimdən yada düşəndə
O keçən günlərin xatirələri
Yanıb külə dönmüş qəmdə-kədərdə

Bəzən qəlbimdəki saf məhəbbəti
Duymaq istəyirəm sanki yenidən
Ötən illərdəki ülvi hissələri
Geriyə qaytarmaq keçir könlümdən

O an əqlim ilə hisslər arası
Bir savaş başlayır daxildə inan
Qəlbim sənə doğru addımlasada
Sovrulur qəzəblə, kin çovğunundan


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 81 Bölmə: Sevgi şerləri
loading...