Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gel Ayrilaq Goruwmeyek Daha Biz (sehriyar Ibrahimo

Sevgi gərək ürəklərə şən edə,
Toxunanda əllər, əli titrədə,
Bir birindən soyuyuruq get-gedə,
O həvəslə vurmur daha qəlbimiz,
Gəl ayrilaq, görüşməyək daha biz..... Qelbimizin sevgi dolu odu yox,
Həyəcani, məhəbbəti, dadi yox,
Bu eşq bitib, uzadmağin adi yox.
Nə biz qalaq bu sevgidən, nə bir iz,
Gəl ayrilaq, görüşməyək daha biz.... Eşq bitsədə dostluğumuz olacaq,
Gözlərimiz xəyallara dalacaq,
Xatirələr necə gozəl qalacaq,
Nə xoş günlər yaşamişiq ikimiz,
Gəl ayrilaq, görüşməyək daha biz.... Bizdə gərək bu əzabda qovrulaq,
Nə mən səndən, nə sən məndən
qirilaq,
Ayriliriq,bir dost kimi ayrilaq,
Barişmağa heç olmasa qoyaq üz,
Gəl ayrilaq, görüşməyək daha biz....


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi şerləri
loading...