Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Naleyi Zarim

Gətirib naleyi-zarım özümü zarə təbib
Rəhm elə dərdlilərin dərdinə qıl çarə təbib

Canda dərdin kök atıb, şaxələnib, bar verdi
Yoxdu bir kimsə çıxarsun onu bazarə təbib

Məni heç kimsə eşitmək belə fikrində deyil
Düşmüşəm bax bu səbəbdən yaman azarə təbib

Sən sağaldan yaralardan deyil əsla iş tap
Özünü yorma sağalmaz daha bu yarə təbib

Oturub yalvarıram ki mənə qoy rəhm eləsin
Allahım rəhm eləyər mən kimi dindarə təbib

Eldə bir zərbi-məsəl var bunu hər kəs eşidib
Günümüz qarə olubdur tikəmiz parə təbib

Bəsdi Salman təbibin imkanı olsaydı əyər
Özünə çarə edərdi demə biçarə təbib.

Salman


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 54 Bölmə: Sevgi şerləri
loading...