Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəbrayıl Əzimov

Cəbrayıl Əzimov - Azərbaycan kino və geyim rəssamı.

Həyatı

Cəbrayıl Əlimuxtar oğlu Əzimov 7 may 1926-cı ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq məktəbini (1946), ÜDKİ-nun rəssamlıq fakültəsini (1953) bitirib. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləyib. 10 iyul 1969-cu ildə vəfat edib. Əməkdar rəssamdır (1964). Aktyor, Xalq artisti Rafiq Əzimovun əmisi olub.

Filmoqrafiya
Bəxtiyar (film, 1955)
Cazibə Qüvvəsi (1964)
Doğma xalqıma (film, 1954)
Əmək və qızılgül (film, 1962)
Görüş (film, 1955)
Hanı mənim övladlarım? (film, 1967)
İnsan məskən salır (film, 1967)
Qanun naminə (film, 1968)
Qaraca Qız (1966)
Qəribə əhvalat (film, 1960)
Qızmar günəş altında (film, 1957)
Leyli və Məcnun (film, 1961)
Mollanın sərgüzəşti (film, 1960)
O olmasın, bu olsun (film, 1956)
Onu bağışlamaq olarmı? (film, 1959)
Romeo mənim qonşumdur (film, 1963)
Sehrli xalat (film, 1964)
Şur (film, 1967)
Uzaq sahillərdə (film, 1958)
Zəncirlənmiş adam (film, 1964)


Tarix: 20.01.2013 / 15:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 550 Bölmə: Sənətkarlar
loading...