Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

SənətkarlarFərhad Mayılov

Fərhad Mayılov — Dekorçu. İcraçı rəssam. Butafor ustası.
[redaktə]
Həyatı
[redaktə]
Filmoqrafiya
Yaşıl eynəkli adam (film, 1987)
Qonşu qonşu olsa... (film, 1989)
Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (Aztv)-dekorçu
Yarımştat (film, 1996)
Fatehlərin divanı (film, 1997)
Nigarançılıq (film, 1998)
Salur Qazanın evi talandığı boy (film, 2001)
Güllələnmiş heykəllər (film, 2002)
Dəvətnamə (film, 2003)
Yumurta (film, 2003)
Mürafiə vəkillərinin hekayəti (film, 2011) Ardı »

SənətkarlarRəis Rəsulzadə

Rəis Rəsulzadə — Məhəmməd Əmin Rəsulzadənin nəvəsi; Əməkdar rəssam

1978-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olub. Sonradan isə bu qurum Beynəlxalq Rəssamlar Konfederasiyasına çevrilib. Həmçinin Azərbaycan Rəssamlar Federasiyasının üzvü, Əməkdar rəssamdır. Mərhum Əşrəf Mehdiyevdən sonra Siyasi Repressiya Qurbanları Assosiasiyasına rəhbərlik etmək təklifini qəbul edib. Həmçinin DAK-ın digər qanadının Londonda keçirilən qurultayında qurumun fəxri sədri seçilib[ Ardı »

SənətkarlarArif Məhərrəmov

Arif Məhərrəmov — azərbaycanlı rəssam.
[redaktə]
Həyatı

Arif Məhərrəmov 5 avqust 1948-ci ildə anadan olmuşdur. 1972-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1981-ci ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakultəsini bitirmşdir. Həmin ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə bədii filmdə quruluşçu rəssam, cizqi filmlərində rəssam və rejissor olmuşdur. Rəngkarlıq əsərləri Azərbaycanda və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilmişdir. Azərbaycanın və Latviyanın Rəssamlar İttifaqının üzvüdür. Əməkdar rəssamdır.
[redaktə]
Filmoqrafiya
Biz qayıdacağıq (film, 2007)
Gəldi kosa (film, 1988)
İşgüzar səfər (film, 1982)
Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
Kitabi Dədə Qorqud. Səkrəyin dastanı (film, 1990)
Molla Nəsrəddin Xoca (film)
Münəccimin şagirdi (film, 1983)
O dünyadan salam (film, 1992)
Qala (film, 2008)
Qaravəlli (film, 1989)
Qaravəlli-2 (film, Ardı »

SənətkarlarOlqa Cəlalbəyov

Cəlalbəyova Olqa Aleksandrovna – Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü.
[redaktə]
Həyatı

Olqa Cəlalbəyova 1884-cü il 16 noyabrda Gəncədə anadan olmuşdur. Uşaqlığı və ilk təhsil illəri Rusiyada keçmişdir. 1889-cu ildən Bakıda yaşamışdır.

1903-cü ildə I Bakı qızlar gimnaziyasını bitirmişdir. 1905-ci ildə ikiillik pedaqoji kursları bitirdikdən sonra Sankt-Peterburqda Bestujev kurslarında təhsil almış və 1906-cı ildə Bakıya qayıtmışdır.

1906-cı ilin payızından gimnaziyada müəllimlik fəaliyyətinə başlamışdır. Bu dövrdə o, Məşədi Əzizbəyov, Nəriman Nərimanov, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi ilə yaxın dost olmuşdur.

1913-1914 və 1917-1918-ci illərdə Moskvada Ali qadınlar kursunun dinləyicisi olmuşdur.

1920–1937-ci illərdə Azərbaycan Xalq Maarif Komissarlığında çalışmışdır. Kommunist partiyasının fəal üzvlərindən olmuşdur.
[redaktə]
Fəaliyyəti

Olqa Cəlalbəyova respublikada və xarici Ardı »

SənətkarlarUolt Disney

Elə adlar var ki, onları dilə gətirən kimi insanın üzü gülür. Uolt Disney deyən kimi hamı ən əvvəl əfsanəvi Mikki Mausu, simic Skruc Makdakı xatırlayır və mütləq gülümsəyir. «Disney dünyası» adlanan park hər il 25 milyard gəlir gətirir. Bu günədək Disney parklarına 50 milyon adam gəlib. 200 milyon insan isə heç olmasa bir dəfə Disney filmlərindən birinə tamaşa eləyib. Ben Ladenin terrorçuları «arzular şəhəri»ndə terror aktı keçirməklə, zəmanənin ən qanlı şousunu yaratmaq qorxusuyla bütün Amerikanı hələ də hədələyir.
Əlbəttə, indi «Şrek», «Ants adlı qarışqa» cizgi filmlərinin zamanında kim deyə bilər ki, Skruc Makdak Mikki-Mausu sevir. Yəqin ki, yalnız bir-birini kötəkləyən ördəklərə, Ardı »

SənətkarlarVan Qoq: dahi və dəli rəssam

[color=#039b80]Van Qoq qulağını özü kəsib? Bu ağılabatmaz qənaət illərdir ki, hamı tərəfindən yekdilliklə qəbul edilməkdədir. Almaniyalı araşdırıcılar isə tamamilə başqa bir nəticəyə gəldiklərini, Van Qoqun qulağının başqa bir əlin "güdazına" getdiyini bu yaxınlarda elan etmişlər. Yaxşı, onda 1888-ci ilin 24 dekabrında doğrudan da bəs nə baş vermişdi? Fransanın kiçik Art şəhərində Van Qoqun "qulağını kəsmək" fikrinə kim düşübmüş?
Və onun qulağına "müştəri" çıxmışdı? Bu haqda mübahisələr yüz ildən çoxdur ki, səngimək bilmir. Əslində isə bu "tarixi hadisənin" özünün giriş hissəsinə zəmin yaradan xüsusi tarixçəsinə fikir verməyənlər az qalar Van Qoqu bir "əzabkeş" kimi qəbul etməyi təklif edirlər. Bu isə "bəraət Ardı »

SənətkarlarRauf İsmayılov (rəssam)

Rauf Əbdülhüseyn oğlu İsmayılov - Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Reklamçılar İttifaqının üzvü, keçəçi rəssam, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi.Mündəricat [gizlə]
1 Həyatı
2 Fəaliyyəti
3 Mənbə
4 Qalereya

[redaktə]
Həyatı

1957-ci ildə Mingəçevir şəhərində anadan olub. 1974-1976-cü illərdə Ə. Əzimzadə adına Azərbaycan Rəssamlıq Akademiyasında, 1980-1986-cı illərdə Sankt-Peterburq Muxina adına Rəssamlıq İnstitutunun hazırlıq şöbəsində, 1986-1991-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin Rəssamlıq fakültəsində təhsil alıb.
[redaktə]
Fəaliyyəti

Keçədən hazırlanan yüzlərlə əsərin müəllifi olan Rauf İsmayılov "Ana məhəbbəti", "Hünər meydanı", "Fəryad", "Gəl rəqs edək", "Gecə görüntüləri", "Qurtuluş", "Məhəbbət sorağında", "Tənha ağac" və s. əsərlərin müəllifidir. 2002-ci ildə "Humay" Milli mükafatına, 2005-ci ildə Azərbaycan Rəssamlar İttifaqının təsis etdiyi Soltan Məhəmməd adına Ardı »

SənətkarlarSakit Məmmədov (rəssam)

Sakit Məmədov - Azərbaycan Respublikasının Əməkdar Rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü.
[redaktə]
Ümumi məlumat

Sakit Məmmədov 5-10 mart 2011-ci il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən beşinci "Ənənələr və müasirlik" beynəlxalq Moskva incəsənət festivalını çərçivəsində Rusiya Rəssamlıq Akademiyasının Fəxri üzvü seçilib. Akademiya 1757-ci ildə yaranıb, indiyə qədər 112 nəfər üzvü olub. [1]

Festival çərçivəsində Sakit Məmmədov iki nominasiya üzrə: "Müasir rəssamlıqda ənənlərin ən yaxşı qorunmasına görə" və "Fərdi stildə orijinal dəst-xəttə görə" qalib elan edilib.[2]

Tanınmış rəssam 2011-ci ilin aprel ayında İtaliyanın paytaxtı Roma şəhərində yaradıcılıq ezmiyyətində olacaq. Onun kompaziyasına məşhur kinoaktrisa Monika Beluççi cəkiləcək. Ardı »