Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Arzu Poladov

Arzu Poladov — Dekorçu. İcraçı rəssam.

Həyatı

Arzu Poladov 1966-ci il, fevralın 13-də Bakıda, Stepan Razin adına qəsəbədə anadan olub.

1973-cü ildə 96 nömrəli orta məktəbin 1-ci sinifinə gedib. Artıq 3-cü sinifdən rəsm çəkmək meyli artıb. Daha 2 il sonra rəssam olacağına qərar verir.

1979-cu ildən Razin qəsəbəsində olan pionerlər evində rəsm dərnəyinə üzv olur. Hər şəy də əslində buradan başlayır – dərnəyə əslen Balaxanı qəsəbəsindən olan Xəyyam müəllim başçılıq edirdi. Onun yüksək professionallığı, anadangəlmə rəssam dünyagörüşü əslində Arzu üçün böyük bir kəşf idi. Və həmin andan Arzu Əzim Əzimzadə adına rəssamlıq məktəbinə ciddi hazırlaşır.

1981-ci ildə 8-ci sinifi bitirib, elə həmin ildə də Rəssamlıq mektebine – "Bədii tərtibat" şöbəsinə daxil olur. İlk müəllimi Nailə müəllimə ona ilk sirrləri öyrədir. Bu Arzunun sonrakı həyatında ciddi dəyişikliklərə səbəb olur.

1985-ci ildə Rəssamlıq məktəbini bitirdikdən sonra verilən təyinatla Ukraynanın Xarkov şəhərinə, təhsilini davam etdirmək üçün Nailə müəlliməsi kimi Xarkov Rəssamlıq institutuna qəbul imtahanlarını verir. Lakin qəbul ola bilmir.

1985-1987-ci illərdə Sovet Orusunda xidmətə cəlb olunur. Ordudan sonra bir muddet Baki Seheri Proekt institunda calisir.

1988-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətinə dekorçu kimi işə qəbul olur. Burada o, Televiziyanın o zamanki görkemli rəssamları ilə tanış olur.

1997-ci ildə ABŞ-a səfərlə əlaqədar AzTV şirkətini tərk edir. Bir il ABŞ-da səfər zamanı artıq sonraki həyatını başqa səmtə yönəltmək qərarına gəlir.

1998-ci ildə səfərdən qayıtdıqdan sonra bir müddet işləmir, o vaxtlar artıq hamının həyatını dəyişən kompyuterlə maraqlanmağa başlayır. Kompyuterlə video montaj sənəti onu daha çox cəlb edir. 2006-cı ildən video kamera ilə çəkilişlərə başlayır.

2007-ildən ABŞ-a ailəsi ilə birlikdə köçür.

Filmoqrafiya
Qonşu qonşu olsa... (film, 1989)
Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (Aztv)-dekorçu
Bala-başa bəla! (film, 1995)
Yarımştat (film, 1996)
Fatehlərin divanı (film, 1997)


Tarix: 20.01.2013 / 15:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 547 Bölmə: Sənətkarlar
loading...