
Çıxır..

Ələ qələm alan kimi,
Sətirlər qaralan kimi,
Köynəyə çıxan qan kimi
Kədərim varağa çıxır.
Canımda sözlər sıxılır,
Artır, üst-üstə yığılır,
Yüz nəğmə batır, boğulur,
Bir nəğmə qırağa çıxır.
Küsən çox şair sözündən,
Öpən yox şair gözündən,
Şeirin astarı üzündən
Baha çıxır, baha çıxır...
Tarix: 29.05.2015 / 11:58 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Ramiz Rövşən
loading...