Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Divar,,,
Divar,,,

Varaq deyil, divardı bu,
Başımı vurduğum divar.
Cırmaqlaya-cırmaqlaya
Yorulub durduğum divar.

Bir tək-tənha ağac kimi
Dibində bitdiyim divar.
Ağlayanda balınc kimi
Üzümü sürtdüyüm divar.

Varaq deyil, divardı bu.
Gendən ağarar hər gecə.
O üzündən kimsə məni
Səslər, çağırar hər gecə.

Mən ölsəm, deməyin təkəm,
ağlayın bizə ağlayın.
Məni deyib haray çəkən
o yetim səsə ağlayın.
Bu divarın bu üzündə
ölən Ramizi basdırın,
Bu divarın o üzündə
qalan Ramizə ağlayın...


Tarix: 29.05.2015 / 11:53 Müəllif: Aziza Baxılıb: 191 Bölmə: Ramiz Rövşən
loading...