Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gedəcək
Gedəcək

Çətin biz ölüncədi,
Gedəcək, hamı gedəcək.
Biz dünyadan gedən təki
Dünyanın qanı gedəcək.

Solacaq bağçası-bağı,
Quruyacaq son budağı,
Dənizin suyu-balığı,
Sahilin qumu gedəcək.

Birtəhər. pismi, yaxşımı,
Yola salıb son axşamı,
Söndürüb sonuncu şamı
Ən son adamı gedəcək...


Tarix: 29.05.2015 / 11:54 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Ramiz Rövşən
loading...