Qaçqınlıq
Bu necə ömürdü, bu necə gündü,
Köhləndən aralı, yəhərdən qaçaq.
Meh başa həsrətdi, şeh də ayağa,
Düşmüşük axşamdan, səhərdən qaçaq.
Hanı o gülyanaq, o gül dostlarım,
Mənim can dostlarım, könül dostlarım.
Yanağı kül olmuş, a kül dostlarım,
Qaçaq, bu tüstüdən, zəhərdən qaçaq.
Hərəmiz bir səmtə, bir yerə qaçdıq,
Gah xeyrə qurşandıq, gah şərə qaçdıq.
Kənddən baş götürüb şəhərə qaçdıq,
Qorxuram indi də şəhərdən qaçaq.
Tarix: 26.03.2013 / 19:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 524 Bölmə: Qemli şerler
loading...