Qemli şerler → OLDURME MENI
Canı sən vermədin, sən də alasan,
Ümid ver yaşayım, öldürmə məni.
Qıyma sevəninə qatil olasan,
Ümid ver yaşayım, öldürmə məni.
Ölümüm min yerə yozulacadır,
Dünyadan bir sevən azalacaqdır,
Qəbrim ürəyində qazılacaqdır,
Ümid ver yaşayım, öldürmə məni.
Məni öz əlinlə məzara vermə,
Görmək istəmirsən, heç məni görmə,
Sən Allah, bu qədər günaha girmə,
Ümid ver yaşayım, öldürmə məni.
Vallah, əllərimdə qalacaq yaxan,
Bilmirəm bu mənzil uzaqmı, y
axın?
Yaşamaq mənim də haqqımdır axı?
Ümid ver yaşayım, öldürmə meni
…
Biz xosbext olmadiq
Biz xoşbəxt olmadıq sevənlər kimi,
İndi son bahartək sızlar qəlbimiz.
Bəlkə bu dünyaya gəlmişik, gülüm,
Artıraq dünyanın həsrətini biz.
Tənə də, giley də daha əbəsdir,
Bu sirli röyadan ayrılaq gərək.
Ya sən gecikmisən, ya mən tələsdim,
İndi sevə-sevə ayrılaq gərək. Ardı »