Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

öLSəM BaĞıŞLa - Hekaye (Müellif özümem)

Qələmi əlimə aldığımda əllərim əsir, bədənim titrəyir. Səndən bir az yazmaq istəyəndə ürəyim bərk döyünməyə başlayır. Sanki harasa tələsir, yaxud da, başına nəsə gələcək deyə qorxusundan yerindən çıxmağa çalışır.
Çox çətindir səni düşünmək, xəyal etmək! O xoş düşüncələr, o arzular, o ötən zamanlar ağlıma gələndə çətin olur mənim üçün. Az qalıram ki, bu dərd, əzablardan canımı birdəfəlik qurtarıb, snsuz bir yuxuya gedim. Amma inan ki, bunu da bacarmıram. Çünki sənə söz vermişəm ki, mən çox yaşayacam! Çox yaşayacam ki, səni daha çox sevə bilim və sözümü tutacağam.
Ayrılmağımızın səbəbini hər dəfə düşünəndə istəmədən də olsa göz yaşlarım yanaqlarımdan süzülür. Unuda bilmirəm o çağları. Vaxt insanı necə dəyişərmiş! Sən deyildinmi mənə deyən ki, "var-dövlət mənə lazım deyil, əsas sənsən. Səninlə bir ömür boyu aclığa, hər əzaba, hər əziyyətə dözərəm". Bu sözləri sən mənə deyəndə mən kasıb bir ailənin üzvü idim. Atam qazanıb gətirdiyi 3-5 manat pul ailəmizə güclə çatırdı. Mənə kasıblıq dərd vermirdi, çünki yanımda sən vardın, mənim hər halımda yanımda olmağa razılıq verən insan!
Beləcə zaman keçir, hər şey dəyişir və bir gün mən bu yuxudan oyanıram. Bir gün dövran dəyişdi. Bütün dünyam alt-üst oldu. Sevdiyim insan sanki yad biri kimi mənə soyuq davrandı. Səbəbini soruşdum və anladım ki, həqiqətən kim olur olsun hər bir insanı həyat dəyişir zamanla. Kaş ki, heç səbəbini soruşmazdım, elə həmin vaxt uzaqlara qaçardım, başqa şeylər fikirləşərdim, başqa fikirlərlə yazardım ayrılıq səbəbini...
"Bilirsən..., səni sevirəm, buna şüphən olmasın! Amma tək sevgi ilə hər şey həll olunmur, qarın doymur, ev olmur, ailə olmur. Sənin məni gələcəkdə xoşbəxt edə biləcək qədər imkanın yoxdur. Düzdür sevgi vacibdir, amma pul-para da olmalıdır. Həm də ailəm sənin bu vəziyyətinə görə məni sənə verməyəcəklər. Gəl hər şeyi mehribançılıqla bitirək. BiZDə aLıNMaYaCaQ !!!!! Yəqin ki, bir gün məni anlayacaqsan".
Bax bu sözləri sən dedin mənə. Sanki nitqim qurumuşdu. Verə bildiyim tək sualım bu oldu ki, sənə: "Bəs bizim sevgimiz"? Cavabı isə ölümdür mənim üçün.... "əşŞi güzəransız yerdə cücərən sevgi tez solar"!
Ayrıldıq! Bu gün sən öz evindəsən, mən öz evimdə. Çox şey dəyişib həyatımızda. Sən ailə qurmusan, mən isə özümə bir iş!
Çox sağ ol ki, məni bu yuxudan oyatdın. O sözlərindən sonra kasıblığın daşını atmaq üçün hər yola baş vurdum. Və sonda bacardım. İndi mənim də özümə görə varım-dövlətim, evim, işim, maşınım və s. var Həyat yoldaşının pulu qədər pulum var, bəlkə də ondan da artıq. Amma o, varlıdı. mən isə kasıbam. Çünki o sənə sahib olub, mən isə "sənsizliyə"!
Eşitdim bu yaxınlarda ayrılmısan həyat yoldaşından. Eşidəndə çox pis oldum. Səbəbini də öyrəndim. Sən demə səni var-dövləti hesabına əldə etmiş insanın ailəsi səni evlərinə gəlin kimi yox, sadəcə qulluqçu kimi gətiriblərmiş. Heç bir ixtiyar sahibi deyilsənmiş, hələ üstəlik sənin kasıblığını üzünə vurularmış. Hər dəfə - "Sən bizim hesabımıza adam olmusan"! - deyirlərmiş və sən bunlara dözməyib ayrılmısan. Bu mənə nə qədər pis təsir etdisə də, bir o qədər də təsəlli verdi sınıq qəlbimə. Ona görə ki, bəlkə anlayasan birinin üzünə "sən kasıbsan" sözünü deyəndə nə hisslər keçirir?!
İndi yenə ata evindəsən və atanın qazandığı pulla zorla dolanırsınız. Əvvəli vaxtlarından səni fərqləndirən bir şey var ki, sən mənim tanıdığım təmiz, ləyaqətli, saf insan deyilsən. Gözümdə istifade olunmuş, vaxtı keçəndə atılmış zibil kimi görsənirsən. Səni yenə də sevirəm. Amma sevdiyim insan məni özündən uzaqlaşdırdığı gün ölüb. Mən ürəyimdə başqasını yaşadıram.
Hardansa eşitmisən ki. mən hələ də səni sevirəm. Bir gün səninlə üz-üzə gəldik. Çox dəyişmisən. Gözlərin yenə məni görəndə əvvəlki tək parladı, amma nə üçün bilmirəm. Mən salam verib uzaqlaşmaq istədim, amma xahiş etdin ki, bir neçə dəqiqə səni dinləyim. Etiraz etmədim. Bir yerdə əyləşib səbirsizliklə sənin söhbətə başlayacağını və nə vaxt bitəcəyini gözləyirdim. Çətin olsa da sənə axır ki, dilin açıldı. Mənə peşman olduğunu deyirsən, hər şey üçün təəssüfləndiyini deyirsən, hətta özünü öldürmək istədiyini belə deyirsən! Heç maraqlı gəlmirdi mənə bu sözlərin, çünki sən onsuz da mənim üçün ölü birisən. Söhbətin sonunda mənə yenə də hər şeyi unudub yenidən bərabər olmaq istədiyini deyirsən utanmadan. Bəlkə sən hər şeyi unuda bilərsən, hər şeyə adi gözlə baxa bilərsən, amma mən unutmağı bacarmıram. Mənə deyirsən ki, "bu təklifi düşün, peşman olmazsan, bilirəm ki, səndə məni hələ də sevirsən". Üzünə qarşı deyə bilməsəm də qoy bu kağız parçasına yazım biləsən ki, vaxtı ilə çox düçündüm, çox peşman oldum və çox sevdim. Mən hələ də səni sevirəm, bunu danmırsan. Sadəcə sevdiyim "sən" o sən deyilsən.
Çox düşündüm. hər şeyi unutmaq istədim, hətta sənə qayıtmaq belə keçdi ağlımdan. Amma ürəyimin sızıntısı imkan vermədi. Amma ürəyimdə sevdiyim insanı ölənə qədər sevəcəyəm, ona xəyanət edib sənə qayıda bilmərəm. Sənlə onu dəyişdirmək istədim, amma alınmadı. Çünki o insan ürəyimin heç kəsin, hətta özümün belə əlim çatacaq, toxuna bilməyəcəyim bir yerdədir.
Mən niyə qayıtdığını hələ də aydınlaşdıra bilmirəm. Görəsən məni sevirsən, yoxsa pulumu??? Əgər sənə pul maraqlı idisə, niyə getdiyin ailədə dözmədin?
Səni yenə sevərəm əvvəlki tək, yenə qayıdaram sənə, amma bir şərtlə: - Qaytar mənə o saf, bakirə və ürəyi sevgi qığılcımları ilə yanıb-alışan mələyimi! Qaytara bilməzsən! Çünki sən o insanı öz əlinlə öldürüb məzara qoydun. Səni heç vaxt tək qoymayacağıma söz vermişdim, yenə də sözümü tuturam ey mənim qəlbimda yaşatdığım mələyim. Sözümü tuta bilmədiyim gün soyuq məzara qoyulduğum gün olacaq. Ona görə indidən deyirəm sənə, sevgilim nə olar "öLSəM BaĞıŞLa"!!!
Ey çərxi-fələk! Fırlandın, bütün həyatımı dəyişdirdin, sevdiyimi əlimdən aldın, dünyamı qaraltdın, məni nə günlərə saldın. Şikayət etsəm də səndən, bəzən sənə çox sağ ol da deyirəm! Mənə həyatda 3 şeyi öyrətdin:
1 - həyat hər bir insanı dəyişir.
2 - çıxan can geri dönmür.
3 - həyatda heç nə əbədi deyilmiş.


Tarix: 28.02.2013 / 21:53 Müəllif: (Mr)(iLQaR) Baxılıb: 3413 Bölmə: Qemli şerler
loading...