Röyada yanar qəndil görmək-hamilə qadın üçün oğlan uşağı doğacağına; xəstə üçün isə həyat yoldaşı kimi yozulur.
Röyada qəndilinin söndüyünü görən xəstə ölər. Bir kimsənin yuxuda qəndil və ya şamının düzgün yandığı yerdə birdən işığının artmasını görməsi-xəstəsi varsa yaxşılaşacaq.
Yuxuda işığı zəif və kiçik qəndil-hamilə qadın üçün bir qız uşağını ifadə edir.
Röyada evinin qəndilini işıqlı olaraq görmək-yuxu sahibinin ev işlərini görən adamın yaxşı xasiyyətli olmasına işarədir.
Yuxuda evin qəndilini sönmüş görmək-o evin işlərinə baxan adamın qarışıq və bəd əməllərinə və ya ev sahibinin işlərinin çətinləşməsinə, yaxud ailə üzvlərindən birinin vəfatına yozulur.
Röyada əlində qəndil olduğunu və onun sönəcəyindən qorxduğunu görən adam xəstədirsə vəfat edəcək.
Röyada gecə ikən əlində bir şam getdiyini görən kimsə bir günah işlər, sonra da tövbə edər.
Yanan şamı üfürüb söndürməyə çalışmaq-röya sahibi dürüst bir kimsənin işini ləğv etməyə çalışsa da bacarmayacaq.
Bir vali əlində sönmüş qəndil görərsə, işindən azad ediləcək. Röya sahibi tacirdirsə-zərər çəkəcək; xeyirxah adamdırsa-maılı gedəcək.
Məsciddə qəndilin söndüyünü görmək-məscidə gedib-gələn adam alimdirsə, vəfat edəcək.
Röyada qəndili vaxtında yandırmaq-şan-şöhrətli və faydalı bir uşağı ifadə edir.
Tarix: 12.04.2014 / 14:28 Müəllif: Ebulfez Baxılıb: 81 Bölmə: Q hərfi