Yuxuda qışçağı qəbiristanlıq və ya kilsənin həyətində gəzirsinizsə, bu, yoxsulluqla uzun müddət və böyük mübarizəyə işarədir. Ola bilsin, doğma evinizdən uzaqda, dostlarınızdan ayrı yaşayacaqsınız. Lakin yuxuda baharın əlamətləri varsa, sizi gözəl şərait və dostlarınızın əhatəsindən zövq almaq gözləyir. Sevgililər üçün yuxuda qəbiristanlıqda olmaq (və yaxud kilsə həyətində) o deməkdir ki, onlar bir-birlərinə qovuşmayacaqlar, sevdikləri şəxsin başqası ilə evlənəcəyini görəcəklər. Yuxuda özünü gözəl və yaxşı baxılmış kilsədə görmək o deməkdir kİ, xəstə olan kiminsə səhhəti barədə gözlənilmədən yaxşı xəbər alacaqsınız. Köhnə, baxımsız kilsə görmək o deməkdir ki, sevdikləriniz sizi tərk edəcək və ondan sonra siz yadların qayğısında qalacaqsınız. Gənc insan yuxuda qəbiristanlıqda məzarların kənarında gəzirsə, bu xoş, səmimi dostluq münasibətlərinə işarədir. Lakin bu yuxunu görən gənc insanı həmçinin, dostlarının da kömək edə bilməyəcəyi kədər və qüssə gözləyir. Yuxuda gəlin öz toyunun kilsədə keçdiyini görürsə, bu bədbəxt hadisə nəticəsində həyat yoldaşını itirəcəyinə işarədir. Analar yuxuda kilsəyə təzə çiçəklər gətirirlərsə, bu xoşbəxt, uzunömürlü ailəyə işarədir. Gənc dul qadın yuxuda kilsədə olubsa, tezliklə yenidən ərə gedəcəyi gözlənilir. Əgər özünü burada qəmli görürsə, onu yeni qayğılar və peşmançılıqlar gözləyir. Qoca adam yuxuda kilsə görübsə, tezliklə əbədi həyata qovuşacağı gözlənilir. Yuxuda balaca uşaqların məzarlar arasından çiçəklər toplaması səhnəsi xoş dəyişikliklərə işarədir. Belə yuxunu görən insanı xoşbəxt,firavan həyat gözləyir və bu,dostlarının həyat yolunda onu tək qoymayacaqlarına işarədir.
Tarix: 10.04.2014 / 02:08 Müəllif: Ebulfez Baxılıb: 210 Bölmə: Q hərfi