Əgər yuxuda başqa insanların qrupuna qaçdığınızı görmüsünüzsə, bu o deməkdir ki, siz hansısa şən bayramda iştirak edəcəksiniz; bundan əlavə, siz tezliklə müəyyən edəcəksiniz ki, işləriniz yaxşı, uğurla gedir. Əgər yuxuda toqquşsanız, yaxud yıxılsanız, bu sizin iflasa uğrayacağınıza və öz adınızı, şöhrətinizi korlayacağınıza işarədir. Tək qaçmaq o deməkdir ki, siz öz dostlarınızı ötüb-keçərək cəmiyyətdə daha yüksək mövqe tutacaqsınız. Əgər yuxuda təhlükədən qaçırsınızsa, bu o deməkdir ki, sizi həyatda itki gözləyir və öz işlərinizi istədiyiniz şəkildə qaydaya sala bilməyəcəksiniz. Əgər yuxuda başqa insanların təhlükədən qaçdığını görmüsünüzsə, bu, dostlarınızdan birinin ölümünə, pis hadisəyə işarədir.
—
Uğurunuzu uğursuzluqlar əvəz edəcək.
Tarix: 02.04.2014 / 16:07 Müəllif: Ebulfez Baxılıb: 97 Bölmə: Q hərfi