Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qırğı görmək

Qırğı – qəddarlıq, sürətlilik, təhlükəyə işarədir.Yuxuda uçan qırğı görmək – həyatda hörmət, etiraf, şöhrətə işarədir.Yuxuda qırğının aşağı endiyini və qurbanını necə ələ keçirdiyini görmək o deməkdir ki, həyatda çirkin bir hərəkətin şahidi olacaqsınız. Yuxuda üzərinizə qırğı hücum edibsə, bu o deməkdir ki,düşmənləriniz kənardan sizə zərbələr endirmək istəyirlər. Yuxuda yaralı qırğı görmək- dostlarınızın düşmənləriniz tərəfindən sizə qarşı düşünülmüş məkrli planların qarşısını alacağına işarədir. Yuxuda qırğı öldürmüsünüzsə, həyatda güclü və hiyləgər düşməndən azad olmağa müvəffəq olacaqsınız. Qara, iri qırğı fəlakət və dağıntılardan xəbər verir.



Qırğı – çox maraqlı rəmzdir. Bu qartal, qarğa deyil. Qartal kimi qırğı da bir çox xalqların mədəniyyətində mühüm rol oynayır. Hindular qırğı və qartala yunanların Zevs və Hermesə baxdıqları kimi baxır, bununla belə qırğı müharibə rəmzi, qartal isə müdriklik və hakimiyyət rəmzi hesab olunur. Qırğılar öz rəqiblərini ağılları ilə geridə qoyan insanların yuxusuna girir, belə ki, onlar vəziyyəti daha dərindən qiymətləndirmək imkanına malikdirlər. Real həyatda özünüzü göylərdə uçan qırğı yaxud yerdən dən yığan göyərçin hesab edirsiniz? Ola bilsin ki, həyatınızıda baş verən dəyişikliklərdən narahatsınız.


Tarix: 09.04.2014 / 00:08 Müəllif: Ebulfez Baxılıb: 110 Bölmə: Q hərfi
loading...