Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Autik uşaqlar üçün PƏHRİZ

Ailem.az "Narınc" Uşaq Psixologiya Mərkəzinin inkisaf geriliyi üzrə mütəxəssisi, pedaqoq Gülnar Orucovanın məqaləsini təqdim edir.

Autizmdən əziyyət çəkən uşaqların 85%-nin həzm sistemində ağır metal və digər toksinlər mövcuddur. Bununla əlaqədar pozulduğundan kazein (süd laxtası, pendir, qatığın susuz hissəsi), qlüten (buğda proteini) və spya proteinin quruluşundakı böyük molekullar həzm edilərək ən kiçik vahidə - aminasitlərə parçalana bilmirlər.
Bu qidaların həzm edilməmiş protein hissələri qana keçərək immunitet sisteminin və beynin inkişafının pozulmasına, eləcə də bədəndə ifraz olunan sərbəst morfinin miqdarının artmasına səbəb olur. Qanda morfinin miqdarının artması autiklərdə göz təmasının olmaması və ya itməsi, öyrənmə bacarığının azalması, stereotipik davranışların və self-mütelasiya (özünə zərər vurmaq) kimi əlamətlərin yaranmasına səbəb olur.

Autik uşaqlara kazeinsiz və qlütensiz pəhriz tətbiq olunduqda morfinlərin qan səviyyəsi azalır və klinik əlamətlər də eyni nisbətdə azalmağa başlayır. Bu pəhrizə autik xəstələrə yaxşı təsir etməyən qida maddələrinin çıxarılması ilə başlanmalıdır. Hansı ki, bu qidalar toksinlərin yığılmasına səbəb olur. Bu xəstələrin genetik olaraq toksin təmizləmə mexanizmləri zəifdir. Xəstəliyi ortaya çıxaran səbəblərdən biri də toksinlərdir. Bu toksinlər yorğunluq, istəksizlik, hədsiz tüpürcək ifrazı və xroniki altını islatmaq kimi əlamətlərlə özünü göstərə bilir. Qlüteni və kazeini birdən-birə kəsmək orqanizmə zərər verə bilər. Bunun üçün ilk öncə kazeini, daha sonra isə qlüteni kəsmək lazımdır. Kazein və qlütenin tam olaraq bədəndən təmizlənməsi 1-2 il vaxt tələb edir. Qida rasionundan kazeinin çıxarılması 2 həftə sonra, qlütenin çıxarılması isə 3 ay sonra öz müsbət təsirini göstərir.

Autik uşaqlarda qlütenli və kazeinli qidalara düşkünlük olduğuna görə belə uşaqlara pəhriz proqramının tətbiqi böyük dəyişikliklərə səbəb olur. Bu pəhriz autiklərin 60%-də müsbət nəticə verərək ilk növbədə bağırsaqlarda düzəlmə, nitqdə inkişaf, hiperaktiv davranışda azalma, yuxusuzluq, yorğunluq və ağlama problemlərində yaxşılaşma ilə müşahidə olunur. Pəhrizə başladıqda bəzi keçici əlamətlər ortaya çıxa bilər: tərləmələr, aqressivlik, yuxusuzluq, qəbizlik və ya ishal və s. Bütün bu əlamətlər 48 saat içərisində azalaraq yox olur.

Qlütensiz-kazeinsiz pəhriz bir neçə ay tətbiq olunmalıdır. Bu pəhriz olmadan autik uşaqların yaxşılaşması mümkün deyil. Pəhrizlə bərabər pedaqoq, psixoloq, loqoped autik xəstələrlə məşğul olmalıdır. Düzgün tətbiq edilən pəhriz nəticəsində qısa müddət ərzində gözəl nəticələr əldə etmək mümkündür.


Tarix: 15.08.2014 / 13:40 Müəllif: ADMIN Baxılıb: 406 Bölmə: Psixoloji Meslehetler
loading...