Yəqin ki, siz də qadınların saqqalı ilə özünəxas tərz yaradan kişiləri daha maraqlı cəlbedici hesab etdiklərini bilirsiniz. Bunun fərqinə varmaq üçün onların bu görünüşə sahib kişilərə necə baxdığına fikir verməyiniz kifayətdir.
Əgər bir qadının diqqətini çəkmək istəyirsinizsə, onların gözündə digərlərindən fərqlənməyə çalışın. Bu dəfə sizinlə kişinin yaraşığı hesab olunan saqqal saxlamağın əsas qaydaları haqqında danışmaq istəyirik.
Saqqal saxlamaq istəyirsinizsə, ən birinci bunu bilməlisiniz: uzun müddət üzünüzü təraş etməməyiniz saqqal saxladığınız anlamına gəlmir. Buna sadəcə səliqəsizlik deyə bilərik. Saqqal saxlamaq heç də üzünüzdəki tüklərin “işinə qarışmayacağınız” anlamına gəlmir. Əksinə bu vaxt xarici görünüşünüzə qarşı daha diqqətli olmalısınız.
Saqqal saxlamaq üçün ən birinci etməli olduğunuz 6-8 həftə ərzində üzünüzü qırxmamaqdır. Bu müddət ərzində onların istədikləri formanı almağına imkan yaradın. Bu zaman insanların heç də xoş olmayan baxışları ilə qarşılaşmaq istəmirsinizsə, mümkün olduğu qədər cəmiyyət arasına çıxmaqdan çəkinin.
Özünüzə uyğun, üz quruluşunuza yaraşacağını düşündüyünüz bir tərz seçin. Məsələn, dodaq və ya çənə üzərində incə bir xətt və ya aşağı hissəsi üçbucaq formada olan saqqal və.s. Saqqalınızın daim səliqəli görünməsi üçün isə ona mütəmadi olaraq diqqət göstərməyiniz mütləqdir. Bunun üçün isə əgər adi qaydada üzünüzü üzqırxan aparatla təmizləyirsinizsə, saqqal saxladığınız zaman ülgücdən istifadə etməyə çalışın. Çünki üzqırxan maşından istifadə edərkən əlinizin ani bir hərəkəti bu vaxta qədər üzərində həssaslıqla çalışdığınız bütün əziyyətinizi heç edə bilər.
Tarix: 07.01.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Metroseksual