Bəzi mütəxəssislər kişilərdə testeron səviyyəsinin (kişilik hormonları) çoxluğunun ürək xəstəlikləri riskini artırdığını iddia edirlər. Buna görə də cinsi aktivliyi ilə qürurlanan kişilərin müəyyən yaşdan sonra ürək xəstəliklərindən əziyyət çəkmə ehtimalının daha yüksək ola biləcəyini irəli sürürlər.
Lakin bu yaxınlarda İngiltərənin Bristol universitetində həyata keçirilən bir araşdırmanın nəticəsində belə məlum olub ki, testeron azlığı və bununla əlaqədar ortaya çıxan üz tüklərində seyrəklik infarkt və ürək tutmaları üçün daha böyük risk faktoru ola bilər.
Bu nəticəyə gəlmək üçün Epidemioloq Şah Ebrahim və komandası 45-59 yaş arasındakı təxminən 2438 kişini 20 il müddətində izləyərək bu insanlarda infarkt və ürək tutma hadisələrinin sayını müəyyənləşdiriblər. Tədqiqatçılar könüllüləri iki qrupa ayırıblar: gündə ən az bir dəfə təraş olanlar və olmayanlar. 20 ilin sonunda seyrək təraş olanların 45%-nin tez həyatdan köçdüyü müəyyənləşib. Amerikan Epidemiologiya jurnalında yer alan tədqiqatın nəticələrinə görə, hər gün təraş olanlarda ölüm dərəcəsi yalnız 31% olub. Ebrahimin sözlərinə görə, seyrək təraş olanlar arasında əsasən subaylar, siqaret aludəçiləri və fiziki işlə məşğul olanlar çoxluq təşkil edirlər. Tədqiqatçı bütün bu faktorları nəzərə alaraq seyrək təraş olanların digərləri ilə müqayisədə daha qısa ömr sürdüyünü və onlarda ürək tutma riskinin saqqalı tez uzananlara nisbətən daha çox olduğunu söyləyib.
Lakin, onun sözlərinə görə, bu fikirləri əsas tutaraq üzdə saqqal çıxmadığı halda hər gün təraş olmağın mənası yoxdur. Bu birbaşa olaraq hormonlardan asılı olan məsələdir.
Tarix: 07.01.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Metroseksual