Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düzgün ağırlıqqaldırma forması

İdeal bədən quruluşuna sahib olmaq üçün mütəmadi olaraq təkrar etməli olduğumuz məşq proqramlarından biri də ağırlıqqaldırmadır. Ağırlıqqaldırma çoxumuzun nəzərində çətin proses kimi görünə bilər. Əslində isə bunun da çox rahat texnikası var. Bu texnikanı öyrəndiyimiz halda heç çətinlik çəkmədən ağırlıq qaldıra bilərik. Amma bunun üçün mütəmadi olaraq aşağıdakı məşq sistemini tətbiq etməliyik.

Piramida məşq proqramı
Piramida məşq proqramının əsas əhəmiyyəti ondan ibarətdir ki, bu proqram daha sürətli və nizamlı formada məşq etməyimizi təmin edir. Öz çevikliyi ilə digər məşq proqramlarından seçilən bu üsul tez zamanda bədənimizin istədiyimiz formada dəyişməsinə səbəb olur. Bunun üçün normalda qaldırdığınız ağırlığın yarısı qədər bir ağırlıq götürün və onu beş dəfə qaldırıb-endirin. Sonra bu çəkini əvvəlkinə nisbətən artırın. Müntəzəm olaraq eyni prosesi təkrarlayın. Yəni, qaldırdığınız çəkini əvvəlkinə nisbətən ağırlaşdırıb, sonra onu daha ağırı ilə əvəz edin. Yorulmağa başladığınız anda isə bu prosesi əksinə olaraq təkrarlayın: ən ağır çəkidən yüngülə doğru eyni formada onları qaldırıb endirin.

Ən asan hissəni çətinləşdirin
Ağırlıqqaldırma iki əsas mərhələdən ibarətdir: qaldırma və endirmə. Yəqin ki, çoxumuz qaldırma mərhələsini daha çətin, daha əziyyətli hesab edirik, amma araşdırmalar göstərir ki, əslində endirmə daha ağır mərhələdir. Buna görə də qaldırdığınız ağırlığı daha asta formada endirməyə çalışın. Bununla həm də özünüzü yarana biləcək bütün təhlükələrdən sığortalaya bilərsiniz. Mütəxəssislər məsləhət görürlər ki, götürdüyünüz çəkini iki saniyədə qaldırıb, dörd saniyədə endirəsiniz.

Sizin üçün ən ağır çəkini hesablayın
Özünüzü qaldıra biləcəyiniz çəkidən daha artığı ilə yükləməyiniz səhhətinizdə müəyyən problemlər yarada bilər. Buna görə də ağırlıqqaldırma ilə məşğul olan hər kəs özü üçün maksimal həddi (çəkini) müəyyən etməlidir. Bunun üçün davamlı olaraq 10 dəfə qaldırıb endirə biləcəyiniz ən ağır çəkini götürün. Onun üzərinə bu çəkinin 33%-ini əlavə edin. Alınan nəticə hər neçədirsə, sizin üçün olan maksimum çəki də həmin qədərdir. Yəni əgər 68 kiloqramı on dəfə ağrısız qaldırırb endirə bilirsinizsə, deməli sizin qaldıra biləcəyiniz maksimum ağırlıq 91 kiloqramdır.


Tarix: 07.01.2015 / 13:12 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Metroseksual
loading...